Şeyxülislam qəflət yuxusundan nə zaman ayılacaq?
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə onun haqqında deyilənləri və yazılanları deyəsən, ya oxumur, ya dinləmir, ya da sadəcə, eyninə almır.
İnformativ baxımından qəflət yuxusundadır sanki.
"İranın ali dini lideri, ayətüllahül-üzma Seyid Əli Xameneinin fətvası nəticəsində 44 günlük Vətən Müharibəsində qalib gəldiyimizi" xüsusi vəcdlə vurğulayan hacı Allahşükür çox mətləbləri bilir, amma özünü bilməmiş təki göstərir.
Məsələn, bilir ki, bu ilin fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev xarici jurnalistlər üçün mətbuat konfransı keçirəndə yeganə absurd, marazmatik və təxribatç sualı səsləndirən məhz İran mediasının mənsubu oldu.
O, İkinci Qarabağ Müharibəsində Azərbaycan tərəfində guya "suriyalı muzdluların vuruşması barədə iddialar"dan bəhs edərək faktiki olaraq Ermənistanın yalanını təkrarladı.
Paşazadə əla bilir ki, Vətən Müharibəsi sentyabrın 27-də başlasa da, İranın ali dini lideri yalnız noyabrın 4-də açıqlama verdi. Vəssəlam. Bu açıqlama fətva deyildi, ola da bilməxzdi.
İranın siyasi-diplomatik fəallığı bununla da sonuclandı, işğalçıya qarşı döyüşən Bakını dəstəkləyəcək heç bir bəyanat (!) Tehrandan səslənmədi.
Allahşükür Paşazadə bilir ki, Vətən Savaşında ölkəmizə verilən dəstək baxımından Türkiyə ilə İranı əsla müqayisə etmək olmaz. Türkiyə onillərdir bizi siyasi və mənəvi baxımdan dəstəkləyir, Ermənistanla sərhədləri bağlayaraq işğalçı dövlətə nəqliyyat blokadası tətbiq etmişdi. Ankara Ermənistanla heç bir diplomatik münasibətdə deyil. Bütün bunlarla yanaşı, Vətən Müharibəsi günlərində Türkiyə ən üstün səviyyədə, ən geniş miqyasda Azərbaycana siyasi və mənəvi dəstək verdi.
İran nə etdi bəs?
Tam əksini.
Ermənistanla daim sıx əlaqələrdə oldu, münasibətləri az qala strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Vətən Müharibəsi günlərində isə Azərbaycan Ordusunun PUA-larının sərhəd boyunca uçuşlarından "dərin narahatlıq keçirdiyi"ni bəyan etdi. Ermənistana sürəkli silah, hərbi texnika və sursat daşınmasına şərait yaratdı.
Sadəcə, Güney Azərbaycandakı soydaşlarımızın kütləvi etirazlarından, küçələrə çıxmalarından sonra rəsmi Tehran rüsvayçı davranışına son qoydu.
Hacı Allahşükür bəlkə də bilmir, amma rəsmi Tehranla ABŞ-dakı erməni lobbi təşkilatları arasında olduqca intensiv, sıx və miqyaslı əlaqələr var.
Tehran indiyədək dəfələrlə erməni lobbi təşkilatları ilə gizli danışıqlar apararaq xahiş edib ki, ABŞ Nümayəndələr Palatasında və Senatdakı ermənipərəst konqresmenlərlə senatorlar vasitəsilə Ağ Evə təsir göstərilsin, İrana qarşı sanksiyalar yumşaldılsın.
Təbii ki, İran bu təvəqqelərinin müqabilində Ermənistanda qarşısında bəlli öhdəliklər götürüb.
Hacı Allahşükür əla bilir ki, 28 illik erməni işğalı dönəmində ölkəmizirn düşmən tapdağındakı ərazilərində 60-dan çox məscidimiz viran edilsə də, İran heç bir açıqlama verməmişdi.
Şuşadakı məscidi İran təmir edəndə, ermənilərin "fars məscidi" kimi sırımağa çalışdıqları dönəmdə Tehran susurdu.
İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi, höccətülislam Seyid Əliəkbər Ocaqnicat da susurdu.
O, bir dəfə olsun belə, ermənilərin dağıtdıqları məscidlərimizdən danışmayıb.
Şeyxülislam da susub.
Hacı Allahşükür, siz o nə olduğunu bilmədiyiniz vicdanınız, İrəvandakı və Şuşadakı məscidlər barədə niyə susurdunuz?
İranın sükütu barədə niyə danışmırdınız və indi də danışmırsınız?
Ayətulla Xameneninin Ərdəbil şəhərindəki nümayəndəsi Həsən Amili ölkəmizin ünvanına hədyanlar və hədələr səsləndirib sərsəmləyəndə niyə özünüzü eşitməzliyə vurmuşdunuz?
Nə üçün Qafqaz Müsəlmanlar İdarəsi sözügedən Amilinin degenerativ bəyanatlarına bir dəfə olsun belə, rəsmi reaksiya vermədi?
Niyə ağı qara, qaranı da ağ kimi sırımağa çalışır QMİ rəhbəri?
Axı İranın dini lideri "Qarabağ İslam torpağıdır" deyib, "Qarabağ Azərbaycan ərazisidir" söyləməyib.
Və ümumiyyətlə, Ocaqnicat Azərbaycanda nə işlə məşğuldur?
Azərbaycanın İranda dini nümayəndəsi yoxdursa, İranın ali dini liderinin Azərbaycanda daimi nümayəndəsi niyə olmalıdır?
Hacı Allahşükür, bəlkə bu suallara cavab verəsiniz?
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko





