Prezident İlham Əliyev: Azərbaycanda valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur
Azərbaycanda valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Bu, dünyada çox nadir halda rast gəlinən məsələdir. Çünki ölkələrin mütləq əksəriyyətinin dövlət borcu valyuta ehtiyatlarından qat-qat böyük rəqəmlərlə ölçülür. Ancaq bizdə bu, tamamilə fərqlidir. Bu nəyi göstərir? Onu göstərir ki, istədiyimiz halda biz xarici dövlət borcumuzu sıfırlaya bilərik. Sadəcə olaraq, buna hələ ki, ehtiyac yoxdur. Çünki uzunmüddətli və yaxşı şərtlərlə götürülmüş kreditlər də var, onları vaxtında ödəyirik. Bu onu göstərir ki, biz heç kimin yardımına qalmamışıq və buna görə də həm siyasi, həm də iqtisadi sahədə müstəqil siyasət aparmaq iqtidarındayıq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev söyləyib.
"Bir rəqəmi də səsləndirmək istərdim. Bu da ixracla bağlıdır. İxrac 15 faiz artıb", - deyən dövlətimizin başçısı qeyd edib ki, bu da çox yaxşı göstəricidir və qeyri-neft ixracı 27 faizdən çox artıb. Bax bu, bizim planlarımızın real nəticəsidir. Çünki təkcə neft-qaz hesabına valyuta qazanmamalıyıq, qeyri-neft sektoru hesabına valyuta qazanmalıyıq, ölkəyə gətirməliyik, 27 faiz artım böyük rəqəmdir.
Altı ayda xarici ticarətimizin müsbət saldosunun 3,4 milyard dollar olduğunu bildirən Prezident İlham Əliyev qeyd edib ki, əgər belə getsə, ilin sonuna qədər müsbət saldo təqribən 6-7 milyard dollar olacaq. "Dünya ölkələrinin əksəriyyətində saldo mənfidir, yəni, daha çox idxal edir, nəinki ixrac edir", - deyən dövlətimizin başçısı vurğulayıb ki, bu, valyuta məzənnəsinə təsir göstərir, ona görə ölkələr borclanmaya gedirlər. İnkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun 100 faizini, bəzən 120 faizini təşkil edir, 50 faiz müsbət hal kimi sayılır. Amma Azərbaycanda bu, 19 faizdir və daha da düşəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib
-
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb (Foto/Video)
-
İlham Əliyev Almaniyaya rəsmi səfərə gedib (Foto/Video)
-
16 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib
-
Almaniya Azərbaycana yeni səfir təyin edib
-
Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı təsdiqlənib
XƏBƏR LENTİ
-
Azərbaycanda 5 ayda 8 mindən çox boşanma qeydə alınıb
-
Azərbaycan əhalisinin sayı açıqlandı
-
Magistraturaya ixtisas seçimi başladı
-
Messi məğlubiyyətdən sonra ilk dəfə danışdı: "Asan olmayacaq”
-
Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib
-
“Sultan Həsən Bahadur” filminin təqdimatı keçirildi - (Foto)
-
Pirallahıda avtobus piyadanı vuraraq öldürdü
-
Pərvindən onu zövqsüz adlandıran izləyiciyə sərt cavab
-
ÇL: "Sabah" “KuPS”a qarşı
-
Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək
-
Rusiyada qarajlarda benzin saxlayanlara 15 min cərimə
-
Dünya bazarında neft ucuzlaşdı
-
Bakının bəzi ərazilərində elektrik kəsiləcək
-
İdeal qarğıdalı bişirməyin yolu məlum oldu: 1 qaşıq kifayətdir
-
"Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
-
Soğanları kağız salfetə bükənlər bu dərddən qurtulur
-
100 yaşına çatanların səhər yeməyi seçimi: Hər gün bir kasa içirlər
-
Elektrik çəngəlini belə çıxaranlara xəbərdarlıq
-
Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
-
Keksi şar kimi qabardan sirr: Birini əlavə etmək bəs edir
-
"Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
-
KTM-də xəstələri plastik xərəklə daşıyırlar? - Açıqlama (Video)
-
Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” (Video)
-
Yamalın atası Messidən gənc imiş





