Ermənistanın tarixlə bağlı şərhləri artıq zarafat mənbəyinə çevrilib - XİN
Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyyatdır.
Milli.Az bildirir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in KİV və İctimai diplomatiya idarəsinin 19 iyul 2021-ci il tarixli açıqlamasını şərh edərkən deyib.
L.Abdullayeva bildirib ki, tarixi özünün "güclü" tərəfi hesab edən Ermənistanın tarixlə bağlı şərhləri artıq zarafat mənbəyinə çevrilib. Bu ölkə isə hələ də "tarixi"xülyalardan çıxış edərək qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edir. Bölgənin ən kiçik və zəif ölkəsi üçün bu, heç də müdrik siyasət deyil:
"Ermənistan tərəfinə xatırladırıq ki, Azərbaycanın Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərində hələ də minlərlə erməni yaşayır. Əgər Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüz siyasəti olmasaydı, bu rəqəm çox yüksək olardı.
Qənimətlər Parkı ilə bağlı iddialara gəldikdə, Bakı şəhərindəki Qənimətlər Parkı hüquq və ədalətin təcavüzkar üzərində qələbəsinin rəmzidir. Parkda nümayiş olunan, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qurduğu istehkamlar, bu ölkənin onilliklərdir ki, münaqişənin həlli üzrə danışıqlarda riyakarlıq nümayiş etdirdiyinin sübutudur. Parkı "revanşizm abidəsi" adlandıran Ermənistan XİN-i, unudur ki, Azərbaycandan fərqli olaraq Ermənistanda çoxsaylı terrorçu və müharibə cinayətkarlarına abidələr ucaldılıb. Maraqlıdır ki, niyə bu abidələr deyil, məhz Holokost və Mahatma Qandinin Ermənistandakı abidələri vandallığa məruz qalıb?!
Yekunda vurğulamaq istərdik ki, bölgədə sülh və təhlükəsizliyi təmin etmək, iki ölkə arasında münasibətləri normallşdırmaq üçün tarixdə saysız-hesabsız "kəşflərin" müəllifi olan Ermənistanın yeni "icadına"ehtiyac yoxdur, bunun yeganə yolu beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməkdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
XƏBƏR LENTİ
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir





