Şarl Mişel Cümə məscidində - FOTO
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana işgüzar səfəri çərçivəsində iyulun 18-də Şamaxıda olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, qonaq Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidini ziyarət edib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli qarşılayıb.
Məscidin imamı Mərhəmət Mustafayev qonağa dini məbəd ilə bağlı məlumat verdi. Bildirildi ki, məscid 743-cü ildə inşa olunub. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə tikilib.
Məscidin həyətindəki muzeyə də baxış oldu. Tanışlıq zamanı qeyd edildi ki, 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxı sakinlərinin Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetiriblər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşib.
Diqqətə çatdırıldı ki, Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə də təmir olunub. Şamaxı Cümə məscidində əsaslı təmir işləri isə Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində həyata keçirilib və ötən əsrin 70-80-ci illərində bərpa işləri zamanı aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanılıb. Şamaxı Cümə Məscidi Dövlət Tarix-Memarlıq abidəsinin ətrafında qədim hücrələr də bərpa olunmaqla əsaslı abadlıq işləri aparılıb. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə məscidin bərpadan sonra açılışı olub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür - (Video)
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
XƏBƏR LENTİ
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir





