Siyasət

Ermənilər Naxçıvanı yenə atəşə tutdu - Mayor yaralandı

14 İyul 2021 19:26
1 Şərh     Baxış: 2 302

Bu gün saat 10.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı olaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini  və ətraf ərazilərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Milli.Az Qafqazinfoya istinadən xəbər verir ki, bu barədə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nəticədə, mövqelərin qarşısında və ətraf ərazilərdə yanğınlar baş verib. Yanğın ocaqlarının söndürülməsinə cəlb olunan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Sədərək rayon yanğınsöndürənlərinə qarşı saat 13.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan atəş açıb.

Atəş nəticəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, daxili xidmət mayoru Əhmədli Elvin Südeyif oğlu çiyin nahiyəsindən yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib. 

Qeyd edək ki, bu gün saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyyə olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.