Siyasət

Baş nazir Tbilisi şəhərinin meri ilə görüşüb

14 İyul 2021 18:56
Baxış: 531

İyulun 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinin meri Kaxaber Kaladzeni qəbul edib.

Nazirlər Kabinetindən Milli.Az-a bildirilib ki, görüş zamanı Baş nazir Ə.Əsədov bu səfərin Azərbaycan-Gürcüstan, Bakı-Tbilisi əlaqələrinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Söhbətin gedişində iqtisadi və humanitar əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.