Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
Uzun illərdir ki, Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyəti, dostluq və qardaşlıq mühiti hökm sürür. Dünyada nümunəvi tolerantlıq məkanına çevrilmiş ölkəmizdə multikultural dəyərlərin daha da inkişaf etdirilməsi, habelə etnik-dini müxtəlifliyin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət-din münasibətlərinin davamlı olaraq təkmilləşməsi, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği cəmiyyətin mənəvi zənginləşməsinə, dost və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150,0 (yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150,0 (yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150,0 (yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib - (Foto)
-
Əli Əsədov yeni qərar imzaladı
-
İlham Əliyev "FIFA U-15 World Cup"ın Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb
-
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
-
Azərbaycanın Qars şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb
-
Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırılıb
XƏBƏR LENTİ
-
Qarpızı hansı aylara qədər yemək məsləhətdir?
-
Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
-
Yuxunu qaçıran qidalar: Gecələr bunları yemək məsləhət görülmür
-
Bu göyərti yüksək təzyiqin qarşısını alır
-
Niyə bəzi yumurtalar asan soyulmur? - Heç kim bunun səbəbini bilmirdi
-
Avqustda 4 bürcə pul gələcək
-
Haluk Leventə aid olan "Ahbap" xeyriyyə fondu üçün xarici idarəetmə təyin edilib
-
“Alnım açıq, başım dik” - Sıladan açıqlama
-
Məşhur repçiyə qarşı sui-qəsd planı: 7 nəfər həbs edildi
-
Karyerasında uğur qazanacaq bürclər
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq
-
Türkiyə sadiq müttəfiqimizdir, bu ölkəyə heç kim "F-35" tədarük etməyə mane ola bilməz - Tramp
-
Yenidən eyni layihədə rol alacaqlar
-
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
-
Daşkəsəndə “Niva” aşdı - Xəsarət alan var
-
Azərbaycanın səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi sahəsində təcrübəsi beynəlxalq mükafata layiq görülüb - (Foto)
-
Mahsun Kırmızıgül “Ahbap”la bağlı dindirildi
-
Rusiyada toyda dəhşət: Bəyi ürəyindən vurdular
-
Masallıda faciə: Çaya tullanan gənc yaralanıb öldü
-
Bayılda meyit tapıldı
-
Naxçıvanda yeni nazir müavini təyin olundu
-
Kirayədən çıxarıldığı üçün 12 milyona ev aldı
-
"Amay"ın qarşısında kişinin başına daş düşdü





