Siyasət

Azərbaycan-Ermənistan sərhəddində Rusiya helikopterinin vurulması ilə bağlı rəsmi açıqlama

29 İyun 2021 23:21
1 Şərh     Baxış: 5 360

"Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə bağlı sübutları toplayıb və ekspertiza aparıb".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib. O bildirib ki, hazırda istintaq davam edir:

"9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə əlaqədar Baş Prokurorluq təcili yoxlama tədbirlərindən sonra cinayət işi açıb. Müvafiq ekspertizalar aparılıb və maddi sübutlar toplanıb, habelə digər zəruri prosessual hərəkətlər yerinə yetirilib".

Səlimzadə qeyd edib ki, Azərbaycan Baş Prokurorluğu Rusiya helikopterinin vurulması ilə bağlı qanuni qərar qəbul edilməsini təmin edəcək: "Hazırda istintaq davam edir və ekspertizanın nəticələrinə uyğun olaraq qanuni qərar qəbul ediləcək".

Bizi Facebookda izləyin
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.