Siyasət

Azərbaycan vətəndaşı Avropa Yenidənqurma və İnkişaf Bankında yüksək vəzifəyə təyin olundu

28 İyun 2021 11:48
Baxış: 962

Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qırğızıstan, Tacikistan və Türkmənistanda regional rəhbəri təyin olunub.

Milli.Az bu barədə Banka istinadən məlumat verir.

Qeyd olunur ki, ofis Qırğızıstanın paytaxtı Bişkekdə yerləşəcək. A.Rüstəmova 2021-ci il sentyabrın 1-də vəzifələrinin icrasına başlayacaq.

Azərbaycan vətəndaşı olan Aytən Rüstəmova 2001-ci ildən AYİB-də işə başlayıb. O, 2017-ci ildə AYİB-in Tacikistanda regional rəhbəri təyin olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.