Siyasət

İki ölkənin sərhəd bölgələrində müsbət dəyişikliklər olacaq - Ruhani

21 İyun 2021 12:27
Baxış: 536

İran əleyhinə tətbiq olunan sanksiyaların tezliklə ləğv edilməsi ilə İranın Azərbaycanla münasibətləri daha da inkişaf edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

H.Ruhaninin sözlərinə görə, İranla Azərbaycan arasında geniş münasibətlər var: "Azərbaycan və İran rəhbərliyi ikitərəfli münasibətlərin inkişafı istiqamətində önəmli qərarlar verib. Beləliklə ki, iki ölkənin sərhəd bölgələrində çoxlu müsbət dəyişikliklər müşahidə olunacaq".

İran prezidenti əlavə edib ki, iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı verilən qərarların icrası sanksiyalar səbəbindən müəyyən qədər ləngimələrlə üzləşmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.