Siyasət
Müxalifət partiyası mitinq keçirməkdə israrlıdır
30 Aprel 2010 11:32
Baxış: 216
"Ümid" Partiyası 1 may tarixinə planlaşdırdığı kütləvi aksiyanı təxirə salıb. Bu barədə Milli.Az xəbər portalına partiyanın sədri, millət vəkili İqbal Ağazadə bildirib.
Onun sözlərinə görə, partiyanın Rəyasət Heyətində mayın 1-nə təyin olunan mitinqlə və Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) cavab məktubu ilə bağlı müzakirələr olub. "Mitinq üçün ayrılan yerlər bizi qane etmədiyi üçün aksiyanı təxirə saldıq. Gələn həftə biz yenidən eyni məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik" - deyə partiya sədri bildirib.
Qeyd edək ki, Ümid Partiyası mitinq üçün üç yerdən birini istəmişdi: Füzuli meydanı, "Nərimanov" kinoteatrının qarşısı və ya Ukrayna dairəsi. BŞİH isə cavab məktubunda mitinqin yalnız bu yerlərdən birində keçirilməsini mümkün sayıb: Binəqədi qəsəbəsi idman-sağlamlıq kompleksinin stadionu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydança və ya Zığ yolu küçəsi, 29/22-ci məhəllə ilə üzbəüzdəki meydança.
İ.Ağazadə onu da əlavə edib ki, əgər növbəti dəfə də onlara kütləvi aksiya üçün qaneedici yer ayrılmasa, Rəyasət Heyətində aksiyanın icazəsiz, yoxsa BŞİH-in ayırdığı yerlərdən birində keçirilməsini müzakirə edib, müvafiq qərar qəbul edəcəklər.
Digər siyasi qüvvələrlə birgə kütləvi aksiyaların keçirilməsinə gəldikdə isə partiya sədri hələlik bu təkliflə heç kimə müraciət etmədiklərini, amma aktual olacağı təqdirdə, edəcəklərini söyləyib.
Yaşar
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - (Foto)
-
Azərbaycan və Birləşmiş Krallıq strateji tərəfdaşlıq üzrə əməkdaşlığın praktiki nəticələrini müzakirə edib
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib - (Foto)
-
Professor Kəmran İmanovdan erməni saxtakarlıqları ilə bağlı sərt açıqlama
-
Brüsseldə NATO-Azərbaycan formatında görüş keçirilib
XƏBƏR LENTİ
-
“Röya telefonu üzümə bağladı” - Samir Bağırov
-
Ucuz məhsul baha başa gəldi - "Dedi ki, pulu atın göndərirəm" - (Video)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
Azərbaycan millisi 3-cü qolu vurur - Yenilənir
-
İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
-
Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur
-
“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp
-
Bülbülə gölü daşdı, evləri su basdı - (Video)
-
“Çətin gün idi, həkimlərimə təşəkkür edirəm” - Leyla Quliyeva
-
Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşdı - (Video)
-
Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
-
Şahin Əliyev vəfat etdi - (Foto)
-
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
-
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
-
Bakı İcra Hakimiyyətində dəyişikliklər: Yeni təyinatlar...
-
Həbib Nurməhəmmədov Usmanı həbsdən azad etdirdi
-
Robert Pattinson Yeni Ceyms Bond seçildi
-
Kvaratsxeliya yeni peşəyə keçir
-
"Əvvəl alma-çörək yeyirdim, indi kürü..." - Nadir Qafarzadə
-
Londonda magistr təhsili aldı, Qarabağ Universitetində müəllim oldu
-
Başına top dəyən futbolçu öldü
-
600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq
-
Azərbaycanda bu avtovağzal satışa çıxarıldı