Siyasət

Qarabağlı ermənilər deyəsən, ağıllarını itirir

16 İyun 2021 15:30
Baxış: 6 128

Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, orada dünən Şuşa Bəyannaməsini imzalamaları rəsmi İrəvanla yanaşı, bütün dünya ermənilərində isterika yaradıb.

Ermənistanın Xarici İşlər Nazirliyi xüsusi bəyanat yayaraq bu səfəri "qanunsuz", işğaldan azad edilmiş ərazilərimizi isə "Azərbaycanın işğal etdiyi ərazilər" adlandırmaqla siyasi marazmın yeni təzahürunu nümayiş etdirib.

Rəsmi İrəvanın tragifarsı o həddə çatıb ki, heç zaman Dağlıq Qarabağ Muxtar Vilayətininin tərkibində olmamış, bir erməninin də yaşamadığı Füzuli rayonunu "azərbaycanlıların işğal etdikləri Varanda" adlandırıb.

Nazirin, departament və şöbə müdirləriin, hətta mətbuat xidmətinin rəhbərinin olmadığı Ermənistan XİN-də bu iditik bəyanatı kimlərin və nə məqsədlə hazırlayaraq yaydıqları məlum deyil.

İrəvandakı idiotizm estafetini Xankəndidəki separatçı struktur qəbul edib.

Özünü qarabağlı ermənilərin "hökuməti" adlandıran qrup "İşğal edilmiş ərazilər haqqında" adlı qanun layihəsi hazırlayıb. "Sənəd" imzalanandan sonra Xankəndidəki "parlament"ə göndəriləcək.

Bunu qarabağlı ermənilərin "dövlət naziri" Artak Beqlaryan Facebook profilində yazıb.

"Qanun layihəsinin məqsədi 1991-1994-cü və 2016-cı illərdə, habelə 2020-ci ildə bilavasitə Azərbaycanın, habelə Türkiyənin həyata keçirdikləri silahlı aqressiya nəticəsində işğal edilmişq ərazilərə hüquqi statusloa xüsusi rejim verməkdir", - Beqlaryan yazıb.

İlluziyalarında Atlantik və Sakit Okean sahilləri arasında, Avrasiyada nəhəng "Böyük Ermənistan" qurmuş Artak Beqlaryanın virtual aləminə qapılmasını anlamaq olar bəlkə də. İki gözü də görmə qabiliyyətini itirmiş bu erməni hələ qarabağlı ermənilərin "ombudsmen"i olarkən reallıqla virtuallığı səhv salması ilə tanınırdı.

Amma indi kor Artak kölgəsinin üzərindən atılıb keçməyə çalışır.

Onun sözlərinə görə, "yeni qanun layihəsi"nə əsasən, Azərbaycanın işğaldan azad etdiyi bütün ərazilər "Azərğbaycanın işğal etdiyi ərazilər" sayılacaq, həmin ərazilər qarabağlı ermənilərin "Konstitusiyası və qanunlarının şamil edildiyi" torpaqlar hesab ediləcək.

Azərbaycan vətəndaşları ilə bahəm, istənilən dövlətin vətəndaşı o ərazilərə ayaq basmaq üçün qarabağlı ermənilərin "hökumət"indən icazə almalıdır.

Üstəlik, həmin ərazilərdə iqtisadi fəaliyyət və ümumiyyətlə, istənilən fəaliyyət qanunsuz sayılır.

Artak Beqlaryanın idiotik bəyanatını sadəcə, bir şəxsin şüurundakı fərdi, lokal problem hesab etmək olardı. Amma problem budur ki, qarabağlı ermənilər "qanun layihəsi"ni təqdir edərək "gərəkli, lazımlı, operativ, effektiv və perspektivli" sayırlar.

Kollekiv şüur anlamının kollektiv psixoza çevrildiyi zamanda qarabağlı ermənilərin belə düşüncə tərzini nümayiş etdirmələri onların hələ də hansısa mifik "revanş" və "qisas" hissləri ilə yaşadığını göstərir.

Müxtəlif ölkələrə səpələnmiş ermənilərin diaspor təşkilatlarının maliyyələşdirdiyi, sosial şəbəkələrdə Azərbaycanla yanaşı, bütün türk dünyasına virtual savaş aparan səhifələr, kanallar, profillər və s. də reallığı inadla dərk etməmək istəyində, illüziyalara qapılma səviyyəsində A.Beqlaryandan geri qalmırlar.

Belə ki, onlar Ermənistanda 2,5 milyon, Ermənistandan kənarda isə 7,5 milyon erməninin yaşadığını və onların "Böyük Qisas" əməliyyatına hazırlaşdıqlarını vurğulayırlar.

Onlar Azərbaycanı və Türkiyəni hədələyir, ölkələrimizin xarici ölkələrdəki diplomatlarının "hədəfə alına biləcəklərini" deyirlər.

44 günlük Vətən Müharibəsində məğlub olaraq kapitulyasiyaya uğradığını etiraf etmək istəməyən ermənilər reallıq hissini itirməyə başlayıblar.

Onlar revanşizm sərsəmlmələrində artıq terrora çağırışlar və hədələr səsləndirirlər.

Təbii ki, belə çağırışların və hədələrin heç bir mənası yoxdur. Tam əksinə, Ermənistanla dünyanın müxtəlif ölkələrindəki ermənilər sərsəm illüziyalardan qurtulmayınca, İrəvan hazırkı faciəvi durumdan çıxa bilməyəcək, ermənilərin fəlakətləri davam edəcək.

Orxan Hun
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.