Siyasət

Azərbaycanlı deputatın məruzəsi AŞPA-nın gündəliyinə salındı

30 Aprel 2010 09:36
Baxış: 234
Parlament Assambleyasının yaz sessiyası çərçivəsində axırıncı iclasını keçirən Ətraf mühit, kənd təsərrüfatı, məhəlli və regional işlər komitəsi AŞPA-nın növbəti sessiyasının gündəliyinə daxil ediləcək mövzularla bağlı fikir mübadilələri aparıb.

Komitə üzvü Rafael Hüseynovun son iki il ərzindədə üzərində işlədiyi, ötən il əvvəlcə Londonda - Böyük Britaniya Parlamentində xüsusi kollokviumda müzakirə edilmiş, daha sonra bu il Buxarestdə - Rumıniya Parlamentində AŞPA-nın genişləndirilmiş komitə iclasında qətnamə layihəsi maddə-maddə səsə qoyularaq yekdilliklə təsdiq edilmiş "Səs və işıq çirkləndirmələri" adlı məruzə diqqət mərkəzində olub.

Komitə sədri A.Lotman bu məruzənin yüksək professional səviyyədə yazıldığını qeyd etməklə yanaşı, mövzunun son dərəcə aktual olduğunu vurğulamış, istər ekoloji, istərsə də insan hüquqları baxımından əhəmiyyət daşıdığını qeyd edib.

Bu, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun AŞPA-da hazırlamış olduğu dördüncü məruzəsidir. Ötən illərdə R.Hüseynov Mədəniyyət, elm, təhsil, eləcə də Hüquq məsələləri və insan hüquqları komitələrinin xəttilə geniş rezonans doğuran 3 məruzə hazırlamışdı.

Ətraf mühit, kənd təsərrüfatı, məhəlli və reional işlər komitəsi azərbaycanlı deputatın "Səs və işıq çirkləndirmələri" adlı məruzəsinin AŞPA yay sessiyasının gündəliyinə salınması barədə qərar qəbul edərək sənədi Parlament Assambleyasının bürosuna təqdim edib.

AŞPA-nın yay sessiyası iyunun 21-25-i arası keçiriləcək.

/AzərTAc/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.