Siyasət

Ərdoğan İlham Əliyevlə Türkiyənin oyununu izləyəcək

9 İyun 2021 14:04
Baxış: 2 072

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO- 2020 çempionatı çərçivəsində baş tutacaq Türkiyə-Uels matçını Azərbaycanda izləyəcək. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup iclasında çıxış edərkən bildirib.

"Qardaşım Əliyevlə ikinci oyunu Azərbaycanda izləyəcəyik, cədvəlimizi belə qurduq", - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, futbol üzrə Türkiyə-Uels matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.