Siyasət

Koçaryan Ermənistan XİN-in başsız qalmasını biabırçılıq adlandırıb

8 İyun 2021 21:58
Baxış: 1 126

"Ermənistanın Xarici İşlər Nazirliyinin nazirsiz və nazir müavinlərisiz qalması biabırçılıqdır".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Ermənistanın keçmiş prezidenti, "Ermənistan Alyansı" seçki blokunun lideri Robert Koçaryan Sisanda sakinlərlə görüşündə bildirib.

O, ali siyasi rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində dövlət sisteminin kollapsa düşdüyünü bildirib.

Qeyd edək ki, mayın 27-də Ermənistan xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan və iyunun 7-də xarici işlər nazirinin müavinləri tutduqları vəzifədən istefa veriblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.