İkinci Qarabağ müharibəsində məhv edilmiş daha bir hərbçisinin meyiti aşkarlanıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, cəsədi Cəbrayıl rayonunda aparılan axtarışlar zamanı tapmaq mümkün olub.
Qeyd edilir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunacaq. Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 558 nəfərə çatıb.
Milli.Az