Siyasət

Müdafiə naziri Belarusa başsağlığı verib

21 May 2021 11:29
Baxış: 939

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninə başsağlığı ünvanlayıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, başsağlığında deyilir: "Baranoviç şəhərində Yak-130 ekipajının faciəvi şəkildə həlak olması xəbəri məni çox kədərləndirdi.

Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olanların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.