Siyasət

Köçəryanı məzarlıqdan da qovdular - VİDEO - FOTO

10 May 2021 18:44
Baxış: 2 797

"Sən nə üzlə, nə cəsarətlə bura gəlibsən?! Sən nə üzlə buradasan?! Oğlum sənə görə burada, torpaqdadır! Sən də xəyanətkarsan, oğrusan, cinayətkarsan".

Ermənistanın sabiq prezidenti Robert Köçəryan Qarabağ müharibəsində öldürülmüş erməni hərbçilərin qəbrini ziyarət zamanı etirazla qarşılanıb.

Ölmüş erməni hərbçilərin valideynləri R. Koçaryana kəskin etiraz edib, onun qəbiristanlığı tərk etməsini istəyiblər.

Hərbçilərdən birinin anası eks-prezidentin ünvanına kəskin ittihamlar səsləndirib, onu və Ermənistana rəhbərlik etmiş digər şəxsləri oğlunun ölümündə, ölkəni talamaqda günahlandırıb.

R.Köçəryanıni oğlu Levon qadınıi sakitləşdirməyə çalışsa da, alınmayıb.

"Tanrı sənə lənət eləsin, Köçəryan! Səni lənətə gələsən!" - qadın qışqırırdı.

R. Koçaryan və onu müşayiət edənlər pərt vəziyyətdən ərazidən uzaqlaşıb.

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da tez-tez analoji vəziyyətlə üzləşir və Köçəryanın tərəfdarları bu məqamı fasiləsiz olaraq ölkənin indiki hakimiyyətinin xəyanətkar olduğunu sübut edən məsələlərdən biri kimi təbliğ edirlər.

İyunun 20-də keçiriləcək parlament seçkilərində iştirak etmək və baş nazir seçilmək niyyətində olan sabiq prezident R.Köçəryan özünü "Ermənistanın və ermənilərin xilaskarı" kimi təqdim edir.

O, dünən Daşnaksutyunun nümayəndəsi İşxan Saqatelyan və "Dirçələn Ermənistan" Partiyasının sədri Vage Hakopyanla "Ermənistan" seçkiqabağı alyansının yaradılması barədə birgə bəyannamə imzalayıb.

Alyansın baş nazir postuna namizədi təbii ki, R.Köçəryandır.

Robert Köçəryan və onun seçki qərargahı İrəvandakı Azadlıq meydanında mitinq keçiriblər. Təqribi hesablamalara görə, mitinqə 20-25 min erməni toplaşıb.

"Bu hakimiyyətin getməsinə 42 gün qalıb. Geri sayım başlandı" söyləyən Robert Köçəryan parlament seçkilərinə qatılaraq baş nazir postu uğrunda mübarizə aparacağını deyib.

Maraqlı məqam odur ki, R.Köçəryan mitinqdə çıxış etməyi öyrənib.

O, kütləni ələ almaq baxımından Paşinyanı üstələmək niyyətindədir.

Fəqət, paytaxt İrəvandan fərqli olaraq, Ermənistanın əyalətlərində Robert Köçəryana ciddi antipatiya var. Orta statistik əyalət erməniləri Köçəryanı rüşvətxor, satqın, korrupsioner, İkinci Qarabağ Müharibəsində kənara çəkilib durmuş siyasətçi sayırlar.

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.