Heydər Əliyev bu gün beynəlxalq arenada iri fiqura çevrilmiş Azərbaycanın möhkəm təməlini qoyub - Rob Sobhani
Heydər Əliyev bu gün beynəlxalq arenada iri fiqura çevrilmiş müstəqil, azad, multikultural və iqtisadi inkişaf etmiş Azərbaycanın möhkəm təməlini qoyub.
Milli.Az bildirir ki, bunu Trend-ə amerikalı ekspert, "Caspian Group Holdings"in baş direktoru Rob Sobhani deyib
R.Sobhani bildirib ki, Heydər Əliyevin xarici siyasətinin prioritet istiqaməti nəyin bahasına olur-olsun Azərbaycanın müstəqilliyinin qorunması idi və bunun üçün uzun müddət mübarizə aparılıb:
"Heydər Əliyev bu hədəfinə uğurla çatıb. Eyni zamanda o, ABŞ və Rusiya kimi dünya nəhəngləri ilə qarşılıqlı səmərəli münasibətlər də qurub. Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi ilə əlaqədar regional geosiyasi tendensiyaların Azərbaycanın xeyrinə olmadığı bir vaxtda Heydər Əliyev ona xas müdrikliklə Ermənistanla münaqişəni sülh yolu ilə tənzimləməyə çalışırdı. Bu, Azərbaycana iqtisadi inkişafa nail olmağa imkan verdi ki, bu da öz növbəsində həmin ərazilərin 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilməsinin əsasını qoydu".
Ekspert qeyd edib ki, Heydər Əliyevin ən vacib nailiyyətlərindən biri də Azərbaycana xarici investisiyaların cəlb edilməsi olub:
"Azərbaycanı xarici investisiyalara açmaqla o, ölkədə yoxsulluq səviyyəsinin azalmasının və bütün azərbaycanlıların iqtisadi rifahının təmin olunmasının əsasını qoydu".
Heydər Əliyev barədə xatirələrini bölüşən R.Sobhani onun 1997-ci ildə Vaşinqtona ilk səfəri və qürurla müstəqil Azərbaycanı təqdim etməsindən danışıb:
"O vaxtkı ABŞ prezidenti Bill Klintonla və digər yüksək vəzifəli məmurlarla görüşləri zamanı Heydər Əliyev Azərbaycanın müstəqilliyini vurğulayırdı. Onun Corctaun Universitetində çıxış edərkən xoşbəxt olduğunu, tələbə və müəllimlərlə öz xatirələrini paylaşmasını xatırlayıram. Heydər Əliyevlə daha bir xatirə Çikaqo ilə bağlıdır. Çayda qayıq gəzintisi zamanı o hündür və gözəl binaları görüb və unudulmaz ifadəni işlədib: "Biz də tezliklə Azərbaycanda bu cür tərəqqiyə nail olacağıq". Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. O, bu gün beynəlxalq arenada iri fiqura çevrilmiş müstəqil, azad, multikultural və iqtisadi inkişaf etmiş Azərbaycanın möhkəm təməlini qoyub".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
XƏBƏR LENTİ
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
67 yaşlı kişi bıçaqlandı - Şübhəli arvadıdır
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti





