Siyasət

Fransa Minsk Qrupundan çıxacaq? - Azərbaycanın dostu onu əvəz edə bilər

11 May 2021 11:46
Baxış: 2 220

"ATƏT-in Minsk Qrupu gündəliyini təzələmək istəyir".

Bunu Milli.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, Fransanın son addımları ATƏT-in nizamnaməsinə, qarşısına qoyduğu vəzifələrə uyğun gəlmir:

"MQ ATƏT-in vacib təchizatı olduğu üçün biz bu qurumla işləməyə məcburuq. Amma Minsk Qrupu köhnə gündəlik ilə yeni reallıqlara gələ bilməz. Digər yandan Minsk Qrupu üç həmsədrlərdən ibarət deyil, 11 üzvü var. Digər üzvləri də bu işdə fəal şəkildə iştirak edə bilərlər. Burada qardaş Türkiyə, İtaliya, Belarusun özü, digər ölkələr var burada, hansı ki, daha konstruktiv mövqedə dayanırlar. 

Yeni reallıqlar şəraitində qurumun fəaliyyəti düşünürəm ki, yalnız humanitar məsələlərin həlli ilə bağlı ola bilər. Məncə yeni mərhələdə sadaladığım bu dövlətlərin də təklifləri nəzərə alınmalıdır. Digər yandan da Minsk Qrupu deyəndə təəssüflər olsun ki, Fransanın son vaxtlar açıq pozuculuq fəaliyyəti ilə məşğul olduğunu göstərə bilərik, bu da yolverilməzdir. Ümumiyyətlə, həmsədr bu cür addımlara yolverməməlidir. Bu məsələdə ciddi olmaq lazımdır. Düşünürəm ki, ATƏT səviyyəsində Fransanın ortaya qoyduğu mövqe ilə bağlı Azərbaycan müəyyən məsələlər qaldırmalıdır. Çünki Minsk Qrupu ATƏT-in adından fəaliyyət göstərir. Fransanın son addımları ATƏT-in nizamnaməsinə, qarşısına qoyduğu vəzifələrə uyğun gəlmir. Ona görə də Fransanı bu destruktiv fəaliyyətindən çəkidirməliyik, ya da Fransanı ümumiyyətlə Minsk Qrupundan təcrid etdirməliyik. 

Burada bir məsələ ortaya çıxır: Fransanı başqa bir ölkə əvəz etməlidir və bu mütləq Avropa ölkəsi olmalıdır və yaxud da Avropa İttifaqı ölkəsi olmalıdır. Bura İtaliyanı təklif edə bilərik. O da Avropa İttifaqının ölkəsidir və Azərbaycanla yaxşı münasibətdə olan, region nüfuz qazanan bir ölkədir. Niyə məhz Fransa həmsədrlərdə təmsil olunmalıdır, Almaniya və yaxud da İtaliya təmsil olunmamalıdır?!".

Təhməz Əsədov

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.