Siyasət

Beynəlxalq Qarabağ Komissyası nə işlə məşğul olacaq? - Kuznetsov danışdı

5 May 2021 11:31
Baxış: 853

Aprelin 21-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində törədilən hərbi cinayətlərin araşdırılması üzrə komissiyanın yaradılması elan olunub. Qeyd olunan strukturun təsis edilməsi ilə əlaqədar Azərbaycan və Türkiyənin, həmçinin bir sıra digər ölkələrin QHT, diplomatlar, jurnalistlər və alimləri çıxış ediblər. Komissiyanın yaradılmasının təşəbbüskarı Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və Dünya Türk Yazarlar Birliyi başqanı Salih Kurtdur.

Milli.Az xəbər verir ki, rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov "İnterfaks-Azərbaycan"a bu komissiyanın yaradılmasının məqsədi, prioritetlərini şərh edib.

"Qarabağda hərbi cinayətlərin araşdırılması üzrə beynəlxalq komissiya Azərbaycanın qeyd olunan bölgəsində cinayət faktlarını aşkar edəcək, qeydə alacaq və məlumatlandıracaq, konkret günahkar olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına təşəbbüs edəcək. Dünyanın siyasi və intellektual elitası ermənilərin millətçilik ideologiyası ilə diktə olunan sülhə və bəşəriyyətin təhlükəsizliyinə qarşı cinayətlərinin nə dərəcədə barbar, rəhmsiz və irrasional ola biləcəyindən xəbərdar olmalıdır", - Kuznetsov belə hesab edir.

Onun sözlərinə görə, hazlrda komissiya formalaşma mərhələsindədir.

"Komissiya müxtəlif işçi qruplardan ibarət ola bilər, onların hər birinin öz vəzifəsi olacaq. Misal üçün, bir qrup hərbi əsirlər və dinc sakinlər barəsində hərbi cinayətləri araşdıra bilər, digər qrup - işğal dövründə təsərrüfat infrastrukturunun məhv olunmasının zərərini qiymətləndirə bilər, üçüncü qrup - mədəni sərvətin talanması, məhv edilməsi və qanunsuz satışı məsələləri ilə məşğul ola bilər, dördüncü qrup - işğal dövründə Qarabağda ermənilər tərəfindən qanusuz iqtisadi fəaliyyətin araşdırılması ilə məşğul ola bilər", - Kuznetsov bildirib.

Ekspert hesab edir ki, bu siyahını daha çox uzatmaq olar, çünki Qarabağda erməni işğalçı rejimin həyat fəaliyyətinin istənilən təzahürü özlüyündə qanusuz və cinayətkar idi, onun mütəşəkkil əməlləri isə - kriminal xarakterli olub.

Buna əsaslanaraq, Kuznetsov hesab edir ki, birinci mərhələdə komissiyaya daha çox yalnız siyasətçilər və tarixçilər deyil, həm də kriminoloq və kriminalistlər lazımdır. O zaman çox sayda jurnalistlər və tərcüməçilər lazım olacaq ki, komissyanın fəaliyyətinin nəticələrini dünya birliyinə çatdırsınlar.

Kuznetsov qeyd edib ki, təbii olaraq, komissiyanın Azərbaycan ərazisində əməliyyat-istintaq fəaliyyəti həyata keçirmək hüququ olamayacaq, bu ölkənin suverenliyinin pozulması faktı olardı. "Fikrimcə, komissiya Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən aşkarlanan və müyyən olunan faktlara əsaslanacaq və məsləhətçi və metodik xidmətlər təqdim edəcək ki, aşkar olunan hərbi cinayətlər üzrə ilkin istintaqın istehsalı Azərbaycanın aidiyyəti orqanları tərəfindən nəinki milli qanunvericliyin normaları, həm də beynəlxalq humanitar hüquq normalarına əsasən həyata keçirilsin.

Çalışacağıq ki, sonuncular prioritet təşkil etsin ki, araşdırmaların nəticələri nəinki azərbaycanlı hüquqşunaslara, həm də beynəlaxlq hüquq normalarının milli qanunvercilik normalarından daha üstün olması gərəkdiyini hesab edən bütün sivil dünya bilriyinə aydın olsun", - o vurğulayıb. Rusiyalı ekspert bildirib ki, komissiyanın fəaliyyətinin nəticəsi çoxcildli hesabat olacaq. Həmin hesabatda sadəcə Qarabağda ermənilərin konkret hərbi cinayətlər faktlarının cəmi əsk olunmayacaq, həm də erməni işğalçılarının Azərbaycan topaqlarındakı cinayətkar siyasəti və təcrübəsinə siyasi-hüquqi qiymət veriləcək. Xoşbəxtlikdən, tarixdə bu cür nümunələrin sayı kifayət qədərdir.

"Bir daha təkrar edim ki, komissiyanın əsas vəzifəsi - Qarabağda ermənilərin az təsadüf edilən hərbi cinayətlərini müəyyən və kvalifikasiya etmək deyil, onların bütün sistemliyi boyu ümumilikdə siyasi-hüquqi qiymət vermək, onların hərbi komandanlıq və mülki hakimiyyət tərəfindən sistemli, öncədən planlaşdırılan və təsdiq olunmuş xarakter daşıdığını sübut etməkdir. Qlobal şəkildə desək, komissiyanın fəaliyyəti hazırki "üçüncü" Ermənistan Respublikasının cürüyən cəsədinin axırına çıxmalıdır. Heç kəsə sirr deyil ki, Ermənistan miatsum ideyaları ilə mövcud olmağa başlayıb və bu ideyanın süqutu ilə yox olacaq.

Bu yaxınlarda müharibə zamanı Azərbaycan Ordusu Ermənistanı nəinki çox amansız hərbi, həm də ağır ideoloji məğlubiyyətə uğratdı, müasir erməniliyin əsas ideya üçlüyü olan "Ermənistan-diaspor-Artsax"ı darmadağın etdi. Azərbaycanın öz torpaqları üzərində tam yurisdiksiyasının bərqərar edilməsi ilə yanaşı bizim bu gün can verməsini müşahidə etdiyimiz erməni dövlətçiliyinin bu forması da məhv olacaq. Miatsum öldürülüb, Qarabağ - Azərbaycandır, Ermənistan nokdaun və hərcmərclik içindədir. Tarixinin yeni mərhələsinə başlamaq üçün Ermənistan nəinki miatsum ideyası və Qarabağdan, həm də "ikinci" respublikasının aressiyasının məhsulu olan - Zəngəzurdan imtina etməli olacaq, bundan sonra reallığa qayıda biləcək. Bunun üçün komissiya fəaliyyət göstərəcək", - Oleq Kuznetsov əlavə edib. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.