Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azad Rəhimovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azad Arif oğlu Rəhimovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nekroloqun mətnində deyilir:
"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Arif oğlu Rəhimov 2021-ci il aprelin 30-da ömrünün 57-ci ilində vəfat etmişdir.
Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. O, Bakı şəhəri 134 nömrəli orta məktəbi bitirmiş, 1981-1986-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili fakültəsində ali təhsil almışdır.
Azad Rəhimov 1986-1987-ci illərdə hərbi xidmət keçdikdən sonra 1987-1990-cı illərdə rayon komsomol təşkilatında katib və birinci katib, 1990-1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifələrində işləmiş, 1993-cü ildən dövlət idarəçiliyinə gələnədək sahibkarlıq fəaliyyəti göstərmişdir.
2006-cı ildə Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunan Azad Rəhimov ömrünün sonunadək bu vəzifəni icra etmiş, həmin illərdə eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti olmuşdur.
Azad Rəhimov gənclər və idman naziri kimi çalışdığı müddət ərzində daim işgüzarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona həmkarları arasında böyük hörmət qazandırmışdır. Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan idmanın qarşısında dayanan vəzifələrin müvəffəqiyyətlə gerçəkləşdirilməsi üçün qüvvə və bacarığını əsirgəməyən Azad Rəhimov respublikada idmanın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi və kütləviliyinin artırılması, eləcə də idmançılarımızın ən mötəbər yarışlarda iştirakının yüksək səviyyədə təmin edilməsi və ölkəmizin idman şərəfinin beynəlxalq miqyasda layiqincə qorunması işinə töhfələr vermişdir. Azərbaycan gəncliyinin inkişafına dair dövlət proqramları və strategiyalarının hazırlanmasında, habelə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması ilə bağlı tədbirlərin uğurla həyata keçirilməsində onun təqdirəlayiq xidmətləri olmuşdur.
Azad Rəhimovun səmərəli fəaliyyəti yüksək qiymətləndirilmiş və o, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan "Şöhrət" və 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilmişdir.
Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı və səmimi insan Azad Arif oğlu Rəhimovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Adil Əliyev
Eldar Əzizov
Yusuf Məmmədəliyev
Çingiz Hüseynzadə
Ağacan Abıyev
Fuad Hacıyev
Fərid Cəfərov
İlqar Rəhimov".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
"Mançester Yunayted" hesabda 4:0 öndədir - YENİLƏNİR - CANLI
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)





