Siyasət

Naxçıvanda Daxili Qoşunların taktiki-xüsusi təlimi keçirildi - VİDEO

26 Aprel 2021 17:28
Baxış: 588

Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının minaatan bölmələri ilə döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.

Milli.Az-ın xəbərinə görə, minaatan bölmələri "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Ərazinin vizual kəşfi aparıldıqdan sonra atəş mövqelərini tutan bölmələr minaatan qurğularından döyüş atışlarını yerinə yetiriblər.

Yerdəyişmə edərək planlı və plandan kənar hədəfləri məhv edən heyətlər qarşıya qoyulmuş məqsədlərə nail olublar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.