Siyasət

Ermənistan Azərbaycan ərazilərini minalayaraq bu əraziləri cansız məkana çevirib - Ceyhun Bayramov

8 Aprel 2021 20:33
Baxış: 639

30 il ərzində Ermənistan Azərbaycan ərazilərini minalayaraq bu əraziləri cansız məkana çevirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün Ermənistan beynəlxalq qanunlara zidd olaraq minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən boyun qaçırır: "Xəritələri təqdim etməkdən boyun qaçırmaqla Ermənistan Azərbaycana qarşı hərbi cinayətləri bu gün də davam etdirir. Son bir neçə ay ərzində Azərbaycan bu istiqamətdə sistemli addımlar atır və beynəlxalq təşkilatlara müraciət edib. Eyni zamanda, Azərbaycanda bu istiqamətdə vətəndaş cəmiyyəti aktivlik göstərir, imzatoplama aksiyasi keçirilir. Azərbaycan imkan verməyəcək ki, Ermənistan bu məsələni dünya ictimaiyyətinin diqqətindən yayındırsın".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.