Siyasət

Volkan Bozkır bu gecə Azərbaycana gəlir

8 Aprel 2021 18:51
Baxış: 724

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır bu gecə Azərbaycana gəlir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Məlumata görə, heyətin bir sıra rəsmi şəxslərlə, o cümlədən, Azərbaycanın Xarici İşlər naziri, ölkə parlamentinin sədri ilə yanaşı, BMT-nin Azərbaycandakı qurumlarının rəhbərləri ilə də görüşləri planlaşdırılır.

Daha əvvəl BMT Baş Məclisinin 75-ci sessiyasının sədri Volkan Bozkırın 1-12 aprel tarixlərində Türkiyə, Qətər və Azərbaycana səfər edəcəyi bildirilmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.