Bəzi AP üzvləri Ermənistanda revanşist meylləri stimullaşdırmaq əvəzinə, davamlı sülhə çalışmalıdır - Deputat
Son dövrlər bir sıra Avropa Parlamenti üzvləri regionda gərginliyi artırmağa yönəlmiş bəyanatlar səsləndirir, regionda formalaşmış kövrək sülh şəraitini pozmağa xidmət edən addımlar atır, bunlar erməni lobbiçiləri və ermənipərəst dairələr tərəfindən məqsədyönlü şəkildə edilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri, millət vəkili Cavanşir Feyziyev ötən həftə Avropa Parlamentinin Fransadan olan üzvü, qurumun Təhlükəsizlik və Müdafiə alt komitəsinin sədri Natali Luazonun Fransanın "Croix" jurnalında "Dağlıq Qarabağ kilsələrini qoruyaq" sərlöhvəli yazısına və AP-nin Fransadan olan digər bir üzvü, Fransua-Xavier Belaminin Ermənistana səfəri, bu səfər çərçivəsində Ermənistanın xarici işlər naziri, bütün ermənilərin katalikosu və digər şəxslərlə keçirdiyi görüşlərə və verdiyi bəyanatlara münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, Avropa Parlamenti çox mühüm siyasi qurumdur və bu qurumda təmsil olunan siyasətçilər regiondakı vəziyyətlə bağlı fikir bildirərkən öz siyasi məsuliyyətlərini başa düşməlidirlər:
"AP üzvləri Ermənistanda revanşist meylləri stimullaşdırmaq əvəzinə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına çalışmalıdırlar. Xanım Natali Luazo artıq uzun bir müddətdir ki, Fransa erməni lobbiçilərinin təsir dairəsində olan və ölkəmizə qarşı haqsız hücumlarda iştirak edən qərəzli bir siyasətçidir. Pandemiyadan əvvəlki illərdə AP-yə səfərlərimiz çərçivəsində qurumun Təhlükəsizlik və Müdafiə alt komitəsinin sədri kimi xanım Luazo ilə bir neçə dəfə görüşməyə təşəbbüs etsəm də, təəssüf olsun ki, heç vaxt ondan müsbət cavab ala bilməmişəm".
C.Feyziyev diqqətə çatdırıb ki, hazırda regionda mövcud olan sülh kövrəkdir və bu kövrəkliyi nəzərə alaraq AP üzvləri öz bəyanatlarında, addımlarında diqqətli və balanslı olmalıdırlar:
"Avropa İttifaqı ölkələri İkinci dünya müharibəsindən sonra qitədə siyasi-iqtisadi inteqrasiyanı təmin etmiş, Avropanı sülh qitəsinə çevirmişlər. Dolayısı ilə müharibədən sonra sülhün təmin edilməsi üçün bütün kommunikasiyaların bərpa olunmasının, əlaqələrin intensivləşdirilməsinin nə qədər vacib olduğunu yaxşı bilirlər. İndiki halda 44 günlük müharibədə əldə edilmiş Zəfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla bütün kommunikasiyaların açılması, əlaqələrin tam bərpa olunması təşəbbüsünü irəli sürüb və bu təşəbbüslər 10 noyabr tarixli Üçtərəfli Bəyanatda öz əksini tapıb. Post-müharibə dövründə Azərbaycan həmin Bəyanatın müddəalarının həyata keçirilməsinə çalışır və dünya birliyini də bölgəmizdə sülhün qorunmasına və regional əməkdaşlığın bərpa olunmasına dəstək verməyə səsləyir. Bütün bu prosesləri özünün çox da uzaq olmayan tarixində yaşamış və kifayət qədər sülhyaratma təcrübəsi qazanmış Avropa ölkələri və siyasətçiləri Azərbaycanın bu cəhdlərinə dəstək verməlidir.
Xanım Luazonun öz yazısında erməni kilsələrinin taleyindən narahatlıq ifadə etməsi ilə bağlı millət vəkili bildirib ki, belə bir narahatlıq üçün heç bir əsas yoxdur".
C.Feyziyev qeyd edib ki, Azərbaycan çoxmillətli və multi-konfessional bir ölkədir və öz tolerantlığı ilə əksər dünya dövlətlərinə nümunədir: "Bakıda və Azərbaycanın ayrı-ayrı bölgələrində çoxlu kilsələr və sinaqoqlar var. Paytaxtın mərkəzində erməni kilsəsi yerləşir və dövlət tərəfindən qorunur. Azərbaycanda bu gün 30 min erməni əsilli vətəndaş yaşayır. Heydər Əliyev Fondu dünyanın bir sıra ölkələrində, o cümlədən Vatikanda dini abidələri bərpa etmək üçün layihələr icra edir. Bütün bunlar Azərbaycanın tolerantlıq və digər mədəniyyətlərin tarixi-dini abidələrinə həssas yanaşmasının bariz nümunələridir. Bütün bunların fonunda işğaldan azad olunmuş ərazilərdə olan kilsələrin taleyi ilə bağlı əsassız narahatlığı dilə gətirib, qisasçı ritorikadan bəslənənlərin dəyirmanına su tökmək siyasi ciddiyyətə sığmır"
Deputat Avropa Parlamentinin hər iki üzvünə məktub ünvanlandığını və həmkarlarını daha konstruktiv mövqe tutmağa səslədiyini də qeyd edib. O bildirib ki, məktubda fransalı parlamentarilərə işğaldan azad olunmuş ərazilərdə 30 illik işğal dövründə ermənilər tərəfindən törədilmiş vandalizm aktları ilə bağlı geniş məlumat verib:
"30 il ərzində işğal altında qalmış ərazilərimizdə dini və mədəni abidələrimizə, məscidlərimizə qarşı törədilmiş mədəni terror haqqında bütün məlumatları, o cümlədən xalqımızın müqəddəs dəyəri olan məscidlərimizdə donuz və başqa heyvanların saxlanıldığını da Fransalı həmkarlarımızın diqqətinə çatdırmışıq".
Millət vəkili dünya ictimaiyyətinin, xüsusilə siyasi xadimlərin regionun reallıqları ilə tanış olduqdan sonra bölgədə sülhün bərqərar olması üçün səylər göstərəcəklərinə və nəticədə Cənubi Qafqaz regionunun sülh və sabitlik şəraitində daha da sürətli inkişaf edəcəyinə, bölgə xalqlarının rifahının təmin olunacağına inamını ifadə edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür
-
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
-
Prezident İlham Əliyev: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
-
Prezident İlham Əliyev: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
-
Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir
-
Prezident İlham Əliyev: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
XƏBƏR LENTİ
-
Masallıda şagird kimyəvi məhluldan xəsarət aldı: Araşdırma aparılır
-
Murad Axundov iki həftə sonra vəzifəsindən ayrıldı
-
Bu yol sabahdan bağlı olacaq
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qayda tətbiq edilir
-
Göz quruluğunun səbəbi bəlli oldu
-
Daha bir toyda kütləvi zəhərlənmə olub
-
Bakının ən bahalı ünvanları: qiymətlər
-
Əməkdar artist Arzu Əliyevanın yeni işi
-
Ronaldudan sonra Portuqaliyanın yeni "7 nömrə"si - (Foto)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb – Baş Prokurorluq
-
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoran bağlandı - (Foto)
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı
-
Ağstafada müəllimlər arasında dava: "Məni telefonla çəkirdi" - (Yenilənib)
-
Hacıqabulda qəza - 4 nəfər xəsarət alıb
-
Gəncədə 5 şagird zəhərlənib, məktəbin bufeti bağlanıb - (Yenilənib)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
Payızda bu qaydalar saçlarınızı qoruya bilər





