Azərbaycan əsgərini nəinki “İskəndər”in adı, hətta onun istifadəsi belə durdura bilmədi - Ekspert
Ermənistan dünyada yeganə ölkə oldu ki, 5-10 nəfər dinc insana qarşı hava limanlarının, HHM komplekslərinin, komanda məntəqələrinin, sursat anbarlarının, bazaların, cəmləşmə rayonunda yerləşən texnikaların və körpülərin məhv edilməsi üçün nəzərdə tutulan raket kompleksindən istifadə etdi.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O qeyd edib ki, "İskəndər" elə bir silahdır ki, onun adı qarşı tərəfi müharibə addımlarından çəkindirə bilər, ancaq Azərbaycan əsgərini nəinki "İsgəndər"in adı, hətta onun istifadəsi belə durdura bilmədi:

"Çəkindirmə silahının nəinki mövcudluğu, hətta onun tətbiqi belə Azərbaycanı işğal altındakı ərazilərini erməni tapdağından azad etməyə mane olmadı. Şuşanın Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin qrupları tərəfindən azad edildiyini nəzərə alsaq, o zaman Ermənistan ordusu çəkindirmə silahını bu qruplara qarşı uğursuz istifadə edən ilk ordu kimi antirekorda imza ataraq tarixə düşdü".
Ə.Verdiyev bildirib ki, erməni ordusu Şuşaya "İskəndər-M" operativ-taktiki raket kompleksinin 500 km atəş məsafəsinə malik orta mənzilli 9M723 raketindən zərbə endirib. Bu kifayət qədər ciddi suallar doğurur:
"Şuşaya atılan raketin modifikasiyası Rusiyanın Ermənistana verdiyi raketin modifikasiyasına uyğun gəlmir. Rusiya Ermənistana "İskəndər E" modifikasiyası verdiyini bildirmişdi. Amma Şuşada tapılan isə daha güclü "İskəndər M" kompleksinin raketidir.
1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanan Orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı Müqavilənin şərtlərinə uyğun olaraq bu raketlər ixrac edilməməli idi. Tam əksinə, onların məhv edilməsinə dair fəaliyyətlər nəzərdə tutulurdu. Görünür, Rusiyanın hərbi dairələri bu müqavilənin də şərtlərini görməzdən gəliblər və "M" modifikasiyalı raketləri Ermənistana ötürüblər".
Hərbi ekspert qeyd edib ki, Ermənistan heç zaman bu raketlərin təlimlərdə və digər yerlərdə sınaqlarını keçirməyib:
"Digər tərəfdən isə bu raketlərin Ermənistana verilməsi rəsmi olaraq heç bir mənbədə əksini tapmayıb. Hesabatlarda da "İskəndər-M" versiyasının Ermənistana verilməsi barədə məlumatlar mövcud deyil. Belə olan halda həmin raketlərin buraxılması ilə bağlı Ermənistanın potensiala malik olmadığını da nəzərə almalıyıq. Kifayət qədər suallar doğuran bu fakt yəqin ki, daha detallı şəkildə araşdırılıb, əldə olunan məlumatlar müvafiq təşkilatlara təqdim ediləcək. Çünki Ermənistan heç bir zaman "İskəndər" raketlərinin təlimlərdə və digər yerlərdə sınaqlarını keçirməyib. Dolayısı ilə Ermənistan ordusu "İskəndər-M" raketinin buraxılması üçün heç bir hazırlıqlı heyətə malik deyil. "İnanırıq ki, qısa müddət ərzində bu məsələyə aydınlıq gətiriləcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
Əlverişsiz hava şəraiti Bakı-Naxçıvan reyslərinin təxirə salınmasına səbəb olub
-
Azər Aydəmir özünə yeni iş tapdı
-
Azərbaycan İnvestisiya Holdinqinin siyahısında dəyişiklik edilib
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
-
Azərbaycanda hava ilə bağlı daha bir xəbərdarlıq
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
-
Ermənistanda benzinin qiyməti rekord həddə çatdı
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Ağsuda açıq ərazidə yanğın başladı - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir - Kamaləddin Qafarov
-
Türkiyədə daha bir şagird məktəbə tüfəng gətirdi, müəllimlər müdaxilə etdi - (Foto)
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb





