Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, işğaldan azad edilmiş ərazilərimizdə nəqliyyat, rabitə və yüksək texnologiyaların tətbiqi məsələlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupu həmin ərazilərdə beynəlxalq standartlara uyğun nəqliyyat və rabitə infrastrukturunun qurulması, müasir çağırışlarla uzlaşan yüksək texnologiyaların tətbiqi, o cümlədən həmin ərazilərdə nəqliyyatın bütün növlərindən rahat və təhlükəsiz istifadə olunması, tranzit nəqliyyat əlaqələrinin bərpası və bu sahədə regional əməkdaşlığın genişləndirilməsi, magistral və lokal telekommunikasiya şəbəkələrinin tikilməsi və alternativlik təmin edilməklə respublikanın ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulması, orada yaşayacaq və fəaliyyət göstərəcək əhaliyə və dövlət qurumlarına yeni texnologiyalar əsasında telefon, internet, radio-televiziya yayımı, poçt xidmətlərinin göstərilməsi, respublikamızın efir təhlükəsizliyinin təmin edilməsi, həmçinin "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqi məsələlərinin təmin edilməsi üzərində işləyir.
İşçi Qurun rəhbəri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Müfəssəl Sahəvi Plana daxil olan tədbirlərin icrası, o cümlədən avtomobil və dəmir yollarının, hava limanlarının layihələndirilməsi və tikintisi, rayonlararası magistral kabel xətlərinin çəkilməsi və rabitə şəbəkələrinin qurulması üzrə görülən işlər barədə aidiyyəti qurumların məlumatları dinlənib, aparılan işlər müzakirə edilib, mövcud çətinliklər və problemlər də qeyd edilməklə, görüləcək işlər üçün istiqamətlər müəyyənləşdirilib, prioritet layihələrin hazırlanması və icrasının nəzarətdə saxlanması qərara alınıb. Həmçinin işğaldan azad olunan ərazilərə qayıdış və məskunlaşma tədbirləri çərçivəsində işlərin qarşılıqlı əlaqəli təşkili, təkrarçılığa yol verilməməsi, dövlət vəsaitlərinə qənaət edilməsi və istehlakçı məmnuniyyəti prinsipləri nəzərə alınmaqla xidmətlərin vahid mərkəzdən göstərilməsi məqsədilə dövlət qurumları və xidmət təşkilatlarının optimal yerləşdirilməsi məsələsi müzakirə edilib.
İclasda, eyni zamanda, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı" layihəsi müzakirə edilərək, sənədlə bağlı rəy və təkliflər müəyyənləşdirilib.
İşğaldan azad olunan ərazilərdə quruculuq və bərpa işlərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən əsas istiqamətlər və verilən tapşırıqlar, məskunlaşma ilə bağlı gələcək tələbat və perspektivlər, yeni çağırışlar və konsepsiyalar nəzərə alınmaqla icra edilməsi, bu məqsədlə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrupu vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, hər bir qurum və nümayəndə tərəfindən bu proseslərdə aktiv və qarşılıqlı əməkdaşlıq şəraitində iştirakın təmin edilməsi və görülən işlərə töhfə verilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu





