Siyasət

Azərbaycana qarşı yeni təxribat: simasızlıqda "Birinci Kanal" - VİDEO

2 Aprel 2021 10:27
Baxış: 4 333

Rusiya Federasiyasının prezidenti Vladimir Putin bütün bəyanatlarında və açıqlamalarında Qarabağın Azərbaycanın ayrılmaz, tərkib hissəsi olduğunu vurğulayır. Lakin görünür, Rusiyadakı erməni diasporunun çox güclü təsiri altında olan, ermənilərin birbaşa sifarişlərini yerinə yetirən "Birinci Kanal" ("Pervıy") federal telekanalı ölkənin rəsmi mövqeyinə zidd ifadələr səsləndirir.

"Birinci Kanal" artıq neçənci dəfədir ki, təxribat səciyyəli məlumatlar hazırlamağı fəaliyyət prinsipi sayır.

Noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla, Ermənistanın tam kapitulyasiyası ilə başa çatan 44 günlük İkinci Qarabağ Müharibəsi bitəndən sonra Qarabağın bəlli ərazilərinə yerləşdirilmiş rusiyalı sülhməramlı missiyanın da məramı, qarşısına qoyulan tapşırıqlar və fəaliyyət prinsipləri məlumdur.

"Birinci Kanal" Qarabağdakı rusiyalı sülhməramlılarla bağlı hazırladığı reportajda Azərbaycan ərazilərininin bir hissəsini qondarma "Dağlıq Qarabağ Respublikası" kimi təqdim edir.

Bu isə "Birinci Kanal"da ermənipərəst meyllərin güclü olduğuna dəlalət edir.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.