Siyasət

Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

17 Mart 2021 15:13
Baxış: 615

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nazir Bekir Pakdemirli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Türkiyə dövləti başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.