Siyasət

Partiya sədrlərinin Qarabağa səfəri başlayıb

17 Mart 2021 10:34
Baxış: 682

Siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, partiya sədrləri işğaldan azad edilmiş Ağdam və digər ərazilərə baş çəkəcək, erməni vəhşiliyi nəticəsində viran qalmış kənd və şəhərlərdəki vəziyyətlə tanış olacaqlar.

Əksər partiya sədrlərinin və təmsilçilərinin yer aldığı heyətə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev rəhbərlik edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.