Siyasət

Rusiya sərhəddə üç hərbi mərkəz qurur

7 Mart 2021 19:12
Baxış: 916

Rusiya Müdafiə naziri Sergey Şoyqu Moskvada belaruslu həmkarı Viktor Xreninlə bir araya gələrək kritik müqavilə imzalayıblar.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Qərb ölkələrini özləri üçün təhlükə hesab edən Belarus və Rusiya razılaşma ilə 3 kritik bölgədə hərbi mərkəz qurmağa qərar verib.

Razılaşmaya əsasən, bu hərbi mərkəzlərdən biri Belarusun daim gərginlik yaşadığı Polşa sərhədindəki Qrodno bölgəsində qurulacaq.

Digər 2 hərbi mərkəz Rusiya sərhədləri daxilində yerləşəcək. Bu bölgələrdən biri Rusiyanın ən güclü hərbi birləşmələrinin yerləşdiyi Nijni Novqorod bölgəsi, digəri isə Polşa sərhədindəki Kalininqrad bölgəsidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.