Azərbaycanda yeni qoşun növü yaradılır - Türk general AÇIQLADI
"Azərbaycanın Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri var, amma Quru Qoşunları yoxdur. Quru Qoşunları birbaşa Müdafiə Nazirliyinə bağlıdır".
Bunu Milli.Az-a açıqlamasında Türkiyənin general-mayoru Osman Qazi Kandemir deyib.

Türkiyəli general bildirib ki, bundan sonra Azərbaycanla Türkiyə arasında ordu quruculuğu istiqamətindəki iş birliyi daha da artacaq:
"Artıq Azərbaycan Silahlı Qüvvələrində də bir Quru Qoşunları yaradılacaq. Bu istiqamətdə əməli-praktiki işlər aparılır. Bu mövzu ilə bağlı da əsl səbəb buradan qaynaqlanır: II Qarabağ müharibəsində qoşunların necə işlədiyi məlum oldu. Bu müharibədən böyük nəticə çıxarıldı, təcrübə əldə edildi. Bu təcrübələr nəticəsində həm çıxarılan müsbət nəticə var, bəzi də düzəldilməsi lazım olan məsələlər. Hər bir silahlı qüvvələr bu işi görər. Hər böyük fəaliyyətdən sonra biz harada düz etdik, harada səhv etdik məsələsi oturulub müzakirə edilər. Bu da nəyinsə səhv edildiyinə görə yox, daha yaxşı olması üçündür. Buna görə də Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələri kimi, onun bənzəri şəklində təşkil edilməsi qərarı verildi. Bu, əslində çox vacib məsələdir. Çünki bu günə qədər Azərbaycan Silahlı Qüvvələrində Rusiya və Türkiyə təsiri bərabər səviyyədə görünürdü. Bu iki ölkənin ordu quruculuğu arasında bir seçim edilmiş oldu. Yəni biz Türkiyə kimi ordu quraq, yoxsa Rusiya kimi?! II Qarabağ müharibəsinin nəticələri göstərdi ki, Türkiyə ordusu modelində ordu qurmaqda fayda var. Buna görə də belə bir qərar verildi.
Çox böyük dəyişiklik olmayacaq. Onsuz da Türkiyə SQ-si ilə Azərbaycan SQ-si 1993-cü ildən bəri birlikdə çalışırlar. Bir çox türk zabiti gəldi Azərbaycanda təhsil verdi. Azərbaycanlı zabitlər gedib Türkiyədə təhsil aldırlar. Ona görə də iki ordu bir-birini yaxından tanıyır. Bunun üçün də Türkiyə SQ-nin sisteminə keçidin bir narahatlığı olmayacaq.
Tələbəm Qarabağda şəhid oldu
Digər yandan iki ölkə hərbiçilərinin iştirakı ilə keçirilən təlimlər onsuz da həmişə olub. Mənim indi də azərbaycanlı tələbələrim var. Keçən il məzunumuz olan bir azərbaycanlı tələbəmiz Qarabağ Müharibəsində şəhid oldu. Yəni bu, bizim üçün yeni bir şey deyil. Amma bundan sonra bu istiqamətdəki iş birliyimiz, fəaliyyətimiz daha da artacaq. İki ordunun birlikdə edəcəyi işlər daha da çoxalacaq. Bu da türk dünyasının bir-birinə yaxınlaşmasını təmin edəcək. İnşallah daha gözəl günlər görəcəyik".
Xatırladaq ki, fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün təşkil edilən mətbuat konfransında "Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib" açıqlamasını etmişdi.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Dünya bazarında neft bahalaşdı
-
Nəsimi rayonunda qaz olmayacaq
-
Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə 42 ailə yola salınıb
-
Azərbaycanda zəlzələ oldu
-
Millətlər Liqası: İspaniya və İsveçrə darmadağınla qalib gəldi
-
Adi çay zənn etdi, 22 yaşlı gənc içdikdən sonra iki dəfə ürəyi dayandı
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)





