Yaponiyanın səfiri Gəncədə səfərdədir - FOTO
Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada Gəncə şəhərinə səfər edib.
Gəncə Şəhər İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, səfər zamanı səfir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə olunub.
Niyazi Bayramov qədim tarixə malik olan Gəncənin sənaye, mədəniyyət, idman və digər sahələri barədə qonağa ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il ölkədə dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə "Nizami ili" elan edilib. Bu isə Nizami yurdu kimi tanınan qədim Gəncə üçün böyük əhəmiyyət kəsb edir.
İcra başçısı, həmçinin qonağın nəzərinə çatdırıb ki, Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir. Burada Beynəlxalq Hava Limanı,Gəncə Avtomobil Zavodu, "AzərAlüminium" MMC, "Gəncə Şərab - 2" kimi iri sənaye müəssisələri fəaliyyət göstərir.
İcra başçısı bildirib ki, Vətən müharibəsi zamanı cəbhə xəttindən aralıda yerləşən Gəncə Ermənistan silahlı qüvvəlləri tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə 26 dinc sakin həlak olub, 120-dən çox şəxs ağır xəsarət alıb, yaşayış binalarına, infrastruktur obyektlərinə, tarixi və dini abidələrə, təhsil və səhiyyə ocaqlarına ciddi ziyan dəyib.
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada regionlara ilk rəsmi səfərinin Gəncədən başladığını deyib. Səfir müharibə zamanı baş verən hadisələrdən məyus olduğunu bildirib, mülki əhaliyə yönələn terror aktlarını pisləyib.
Səfir qeyd edib ki, Gəncəyə gəlişinin əsas məqsədi hər iki ölkə arasında iqtisadi, sosial, idman, mədəniyyət və digər sahələrdə mövcud olan əlaqələrin genişləndirilməsidir.
Cuniçi Vada xatırladıb ki, Yaponiya höküməti Azərbaycanda təhsil, səhiyyə və idman sahələrinin inkişafına yönələn iki yüzdən çox kiçik qrant layihələr icra edib ki, onlardan da 10-a yaxını Gəncənin payına düşür. Səfir bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını dilə gətirib.
Görüşdə Yaponiyanın Gəncədə icra etməyi düşündüyü layihələr ətrafında müzakirələr aparılıb. Bunlardan ən önəmlisi məişət tullantılarının emal edilərək alternativ enerji əldə edilməsi istiqamətində görüləcək işlərlə bağlı olub. Həmçinin, Niyazi Bayramov Gəncənin Yaponiyanın sənaye şəhərlərindən bir ilə qardaşlıq əlaqələrinin qurulmasını təklif edib.Bu fikri müsbət qarşılayan Cuniçi Vada Yaponiya və Azərbaycan arasında qurulan diplomatik əlaqələrin 30-cu ildönümü münasibətilə 2022-ci ilin "Dostluq İli" elan edildiyini bildirib. "Dostluq İli" çərivəsində Gəncədə də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Görüşdən sonra Yaponiya səfiri Cuniçi Vada Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilərə baş çəkib. Ermənilərin törətdiyi terror aktının nəticələri ilə yerində tanış olub. Gün ərzində səfir Gəncənin bir sıra idman və mədəniyyət ocalqarında da olacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama





