"Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi" - Deputat
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev düşünülmüş və aydın siyasət həyata keçirir. Bu özünü istər dinc quruculuq sahəsində, istərsə də 44 günlük gərgin müharibədə əyani şəkildə göstərdi. Güclü iqtisadiyyata və orduya, birlik və həmrəyliyə malik olan dövlətimiz düşmənin belini qırdı, az bir müddətdə işğal altında olan torpaqlarımızı azad etdi, nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında bu amillər - Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan, şəhər və kəndlərimizi xarabalığa çevirən, xalqımıza qarşı soyqırımlar törədən, faşizm ideologiyasına xidmət edən Ermənistanın hərbi - siyasi rəhbərlərinin çirkin məqsədləri, törətdikləri cinayətlər ön plana çəkilmiş, jurnalistlər erməni faşistlərinin məqsəd və bəşəriyyətə zidd əməlləri ilə bir daha tanış olmuşlar.
O qeyd edib ki, mətbuat konfransının 26 fevralda - Xocalı soyqırımının 29 - cu il dönümü ərəfəsində keçirilməsi də təsadüfü deyildi və Prezident İlham Əliyevin ilk olaraq Xocalı şəhidlərini yad etməsi, bu soyqırıma qiymət verməsi və hadisələrin dəhşətlərini jurnalistlərin nəzərinə çatdırılması erməni faşizminin mahiyyətini göstərmək üçün düşünülmüş gedişlər idi:
"Dövlətimizin başçısı bir daha xatırlatdı ki, "Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımdır... Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi... Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyllər görünməkdədir.
Əlbəttə Azərbaycan Prezidenti tarixi qələbəmizlə öz sözünü dedi, dəmir yumuruğunu düşmənə gəstərdi və bu gündə həmin dəmir yumuruq yerindədir, hər zaman işlədilə bilər. Ancaq dövlətimizin başçısı jurnalistlərin suallarını cavablayarkən bir daha sülh və əmin - amanlıq, dostluq tərəfdarı olduğunu bütün dünyaya bəyan etdi, axıdılan qanlara, dağıdılan şəhər və kəndlərə gərə təəssüfləndirdiyini bildirdi, hətta Ermənistanda baş verən özbaşınalıqların, dövlət çevrilişinə cəhdlərin yaxşı hal olmadığını bildirdi və onu da qeyd etdi ki, Ermənistandakı böhran bizim planlarımıza təsir edə bilməz.
Bu bir həqiqətdir. Azərbaycan rəhbəri, xalqımız müharibə dövründə göstərdiyi qəhrəmanlıq, birlik və sədaqətlə dünyaya sübut etdi ki, dövlətimiz qüdrətli, xalqımız məğlubedilməzddir. Çünki onun uzaq görən rəhbəri, məğrur ordusu və əyilməz, döyüşkən oğulları, qızları vardır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Bakının bu ərazilərində ev alanlar daha çox qazanacaq
-
UEFA Çempionlar Liqası: Günün matçları
-
Onlayn satışla bağlı yeni qayda: Dövlət Vergi Xidməti açıqladı
-
Zelenskinin təyyarəsi az qala dronla toqquşub
-
Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı
-
Ceymi Karrager: “Arda Güler "Real"-dan ayrılmağı düşünməlidir"
-
Sentyabrda bəxti gətirəcək 3 bürc - Pul, sevgi və uğur qapıda
-
“Fenerbahçe” və “Beşiktaş”ın keçmiş ulduzunun oğlu evləndi - (Foto)
-
Trampdan İrana sərt xəbərdarlıq: “Çox ağır zərbə endirməli olacağıq”
-
"Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)
-
Sentyabrın 11-də Milli Məclisdə iki komitə iclası keçiriləcək
-
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - (Yenilənib)
-
“Akasya durağı”nın ulduzları illər sonra - (Video)
-
Bakıda və 3 rayonda işıqlar sönəcək
-
"Şəki yaylası"nda iki nəfərin ölümünə görə cinayət işi başlandı
-
“Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq
-
Azərbaycan nefti 113 dolları keçdi
-
Paytaxtın 6 küçəsində tıxac var
-
“Miss Avstriya” və “Miss Vyana" 22 yaşında öldü
-
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb
-
ÇL: “Qalatasaray” Portuqaliyada uduzdu - NƏTİCƏLƏR
-
Avropada bu 10 yerdə suya girməyin: Turistləri 3750 avroya qədər cərimə gözləyir
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)





