Siyasət

Gürcü ekspert: “Qarabağda Azərbaycan xalqına məxsus hər şey məhv edilib”

28 Fevral 2021 17:13
Baxış: 798

Biz dünən Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfər etdik, bu gün isə Füzuli rayonunda səfərdəyik. 30 il ərzində Ermənistanın işğalı altında qalmış bu ərazilərdə daş daş üstündə qalmayıb, Azərbaycan xalqına məxsus hər şey məhv edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Strateji Beynəlxalq Araşdırmalar Fondunun eksperti Aleksandr Klaxadze bildirib.

A. Klaxadze deyib ki, məscidlər, qəbiristanlıqlar da dağıdılıb: "Eyni zamanda işğaldan azad edilmiş ərazilər minalanıb, bu əraziləri minalardan təmizləmək üçün uzun illər zamandır. Biz işğaldan azad edilmiş Cəbrayıl və digər rayonlarda da olacağıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.