Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir
Biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib.
"Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər. Biz onların hərbi əsirlərini, həlak olanların cəsədlərini verdik. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə erməni tərəfin nümayəndələri, sülhməramlı missiya və bizim nümayəndələr birlikdə mindən çox həlak olmuş erməni hərbi qulluqçusunun cəsədlərini tapdılar və erməni tərəfə verdilər", -deyə dövlətimizin başçısı əlavə edib.
Prezident deyib ki, biz özümüzü əxlaq normalarına və ümumbəşəri davranış normalarına müvafiq şəkildə aparırıq: "Lakin minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Belə olan təqdirdə birtərəfli əməkdaşlıq ola bilməz".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Ələddin Əliyev vəfat etdi
-
Azərbaycan - Litva matçı başladı - (Yenilənib)
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)





