"Paşinyan hələ hakimiyyətdən getməyəcək" - Politoloq
"Ermənistanda baş verən prosesləri rəsmi Bakı da diqqətlə izləyirlər".
Bunu Milli.Az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, İrəvandakı son etirazlar "İsgəndər"in effektivliyini şübhə altına alan Nikol Paşinyana qarşı olan bir kampaniya kimi də görünür:
"Bu proseslərin əsas mənbəyi kimi Ermənistanın müdafiə nazirliyinin baş qərargah rəisinin müavini Tiqran Xaçatryanın vəzifədən kənarlaşdırılmasından sonra baş verən proseslər kimi dəyərləndirmək olar. Çünki Nikol Paşinyan onun fikirlərini məsxərəyə qoyan zabiti vəzifədən kənarlaşdırdı və bundan sonra baş qərargahda olan generallar və orta zabit heyəti onu müdafiə etmək istiqamətində həmrəylik nümayiş etdirərək Nikol Paşinyanı vəzifədən getməyə çağırış etdilər. Sonra Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən getməsi ilə bağlı qərar verdi. Bu, vəziyyəti daha da kəskinləşdirdi. Amma məsələnin kökündə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın "arm.news"-a Rusiya silahları, daha dəqiq desək Operativ Taktiki Raket Kompleksləri "İsgəndər" haqqında dedikləri fikirlərə Nikol Paşinyanın yanaşması vəziyyəti daha da kəskinləşdirdi. Ümumi konteksdə bu, Rusiya və digər tərəflər üçün bir bəhanə oldu. Çünki "İsgəndər" Rusiya silah sənayesinin son dövrlər flaqmanı sayılır, eləcə də S-400 və digər silahlar Rusiyanın müdafiə sənayesinin vizitkartları kimi dəyərləndirilir. Bu mənzərə həmin silahların efektivliyini şübhə altına alan Nikol Paşinyana qarşı olan bir kampaniya kimi də görünür. Lakin əsas məsələ Rusiyanın bu proseslərdə Nikol Paşinyanın hakimiyyətdən getməsi ilə bağlı nə qədər qərarlı olmasından asılıdır. Çünki İrəvan səmasında qırıcılar görünürdü. Həmin qırıcıların modifikasiyasına baxanda görürük ki, Ermənistan müdafiə nazirliyində bu cür qırıcılar yoxdur və tabelikdə olmayan silahların İrəvan səmasında görünməsi onu göstərir ki, burada maraqlı tərəflərin olması daha aydın şəkildə nəzərə çarpır. Bu da 44 günlük müharibədən sonra Ermənistanda ictimai-siyasi həyatda, eləcə də hərbi müstəvidə olan gərginliyin nümayişdir".
İ.Hüseynov deyib ki, Paşinyanı 2018-ci ildə hakimiyyətə gəldiyi metodla da devirməyə çalışırlar:
"Bununla yanaşı, Nikol Paşinyan da öz tərəfdarlarını meydanlara çağıraraq ona həmrəylik nümayiş etdirən, onun hakimiyyətdə qalmasını dəstəkləyən qüvvələrə müraciətlər edirdi. Bu, həm sosial şəbəkə üzərindən, həm də İrəvan meydanlarında görünürdü. Düşünmürəm ki, çox tez bir zamanda Nikol Paşinyan meydanda olan kütlənin onu devirməklə bağlı olan çıxışları nəticəsində hakimiyyəti qoyub gedəcək. Çünki 2018-ci ildə Nikol Paşinyan elə eyni formada dövlət çevrilişi edərək hakimiyyətə gəlmişdi. Bunu bəzi media nümayəndələri, ekspert camiası məxməri inqilab kimi qələmə versələr də Paşinyan faktiki olaraq dövlət çevrilişi nəticəsində hakimiyyətə gəldi. Hazırki durumda isə eyni metodla onu devirməyə çalışırlar, amma başqa qüvvələr. Və bu proseslərin nəticəsi hansı qüvvənin daha israrlı olması və ya xalqı inandırması, yaxud geopolitik vəziyyətdən asılı olacaq. Amma 44 günlük müharibə sonrasında Azərbaycanla olan kommunikasiya xətlərinin blokdan çıxarılması, nəqliyyat artileriyalarının işə salınması və digər məsələlərlə bağlı Nikol Paşinyan üzərinə öhdəlik götürüb. Həm 11 yanvar 2021-ci il, eləcə də 10 noyabr 2020-ci il tarixli bəyanatlarda da Paşinyanın imzası dayanır. Düşünürəm ki, Ermənistan tərəfi daha rasional və praqmatik addım ataraq öz gələcəyini müəyyənləşdirəcək".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
XƏBƏR LENTİ
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi





