Xocalı soyqırımına həsr olunmuş musiqi əsərinin Kaliforniyada premyerası keçirilib
Fevralın 25-də Kaliforniyada yaşayan tanınmış kamança ustası İmamyar Həsənovun Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş musiqi əsərinin premyerası keçirilib. Əsər Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə ərsəyə gəlib. Sosial şəbəkələr vasitəsilə keçirilmiş premyera böyük rəğbət qazanıb və geniş yayılıb.
Baş Konsulluqdan Milli.Az-a verilən məlumata görə, musiqi əsərinin əvvəlində Xocalı Soyqırımı haqda məlumat verilir, beynəlxalq Human Rights Watch təşkilatının bu dəhşətli faciəni Ermənistan-Azərbaycan münaqişəsi tarixində "ən böyük qətliam" adlandırdığı diqqətə çatdırılır. Həmçinin, soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların bəzilərinin şəkilləri nümayiş etdirilir.
2012-ci ildən bəri San Fransisko Dünya Musiqi Festivalında Qlobal Musiqi Direktoru olaraq çalışan İmamyar Həsənov, Azərbaycan musiqisinin ABŞ-da və dünyanın müxtəlif ölkələrində layiqincə təbliği və təqdim olunması işinə böyük töhfələr verib.
Qeyd edək ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə İmamyar Həsənov Kaliforniyada yerləşən məşhur Stanford Universitetində "Azərbaycan Musiqisi" kursunu tədris edərək, bu dünya şöhrətli universitetin tələbələrini Azərbaycanın zəngin musiqi mədəniyyəti ilə yaxından tanış edib. Bu kurs ABŞ-ın ən tanınmış universitetləri arasında Azərbaycan musiqisinin tədrisinə həsr olunmuş ilk kurs kimi tarixə düşüb.
Əsəri bu linkdən izləmək olar: https://youtu.be/E09T_imhcS8
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu





