Planda Laçın və Zəngilanda da hava limanının tikintisi var.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib: "Bizim azad olunmuş ərazilərdə hava limanı tikmək istəyimiz tək Füzuli ilə yekunlaşmır. Laçın və Zəngilanda da hava limanı tikmək kimi planımız var".
Milli.Az