Siyasət

Ceyhun Bayramovla Aİ komissarı arasında telefon danışığı olub

24 Fevral 2021 20:09
Baxış: 459

24 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Milli.Az-a bildirilib ki, Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, habelə münaqişənin təsirinə məruz qalan insanlara Avropa İttifaqının mümkün dəstək mexanizmlərini müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.