Azərbaycan icması britaniyalı deputatlara çağırış etdi
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Azərbaycan icması Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Britaniya parlamentinin üzvlərinə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Ülvi Pepinova, Fəridə Pənahova, Nərminə Məmmədova, Toğrul Bağırov və Vüsalə Kərimovanın imzası ilə ingilis parlamentarilərinə ünvanlanan müraciətdə bildirilib ki, fevralın 26-da dünya azərbaycanlıları tariximizin ən qara səhifələrindən birini, dərin ağrı və milli sarsıntı olan Xocalı soyqırımının növbəti ildönümünü yad edirlər. Xocalı soyqırımını XX əsrin ən dəhşətli kütləvi qırğını olan Serebrenitsa və Sonqmi ilə müqayisə edən soydaşlarımız erməni silahlı qüvvələrinin dinc azərbaycanlılara qarşı törətdikləri amansız cinayət barədə ətraflı məlumat veriblər.
Azərbaycan icmasının üzvləri ingilis deputatları bu müraciəti İcmalar Palatasında səsləndirməyə, 26 fevral tarixini Xocalının anım günü elan etməyə, soyqırımı pisləyən qətnaməni imzalamağa, onu törədənlərin Haaqadakı Beynəlxalq tribunalda mühakimə olunmasını tələb etməyə çağırıblar.
Soydaşlarımız həmçinin beynəlxalq birliyi susmamağa, Xocalı soyqırımının icraçılarını qınamağa və törətdikləri vəhşiliyə görə məsuliyyətə cəlb olunmalarını tələb etməyə səsləyiblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu





