Xocalı soyqırımı Pakistanda yad edilib - FOTO
Azərbaycan Respublikasının Pakistandakı səfirliyi, bu ölkənin ixtisaslaşmış beyin mərkəzlərindən olan Münaqişənin Həlli İnstitutunun həmkarlığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olnmuş "Bombardmanlar, Qətliamlar, Soyqırımlar. İnsanlığa qarşı cinayətlər" adlı seminar təşkil edib.
Səfirlikdən Milli.Az-a verilən məlumata görə, Pakistanın federal naziri, Milli Assambleyada Kəşmir məsələləri üzrə Parlament Komitəsinin sədri Şəhriyar Afridinin ali qonaq kimi təşrif buyurduğu "Bombardımanlar, Qətliamlar, Soyqırımlar. İnsanlığa qarşı cinayətlər" adlı seminarda Münaqişənin Həlli İnstitutunun rəhbəri Sabah Aslam, müdafiə üzrə analitik, ehtiyyatda olan general-leytenant Amjad Şoaib, Kayde Azam Üniversitetinin müdafiə və strateji araşdırmalar üzrə professoru Dr. Səlma Malik, Pakistanın bir sıra millət vəkilləri, diplomatlar, gənclər və üniversitet tələbələri, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən, soyqırımı qurbanlarının yad edilməsindən və Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış sənədli filmin nümayişindən sonra İslamabadda yerləşən Münaqişənin Həlli İnstitutunun rəhbəri Sabah Aslam seminarı giriş sözü ilə açaraq Xocalı Soyqırımının fəsadları və nəticələri haqqında məlumat verib.
Çıxışına ulu öndər Heydər ƏIiyevin Xocalı ilə bağlı söylədiyi "Xocalı qətliamı erməni şovinist və millətçilərinin tarix boyu azərbaycanlılara qarşı 200 il ərzində törətdiyi soyqırım və etnik təmizləmə siyasətinin davamıdır" fikrilə başlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın mülki əhalisinə və günahsız insanlarına qarşı cinayətlərini Vətən Müharibəsi dövründə də davam etdirdiyini və bunun, vaxtilə törədilmiş insanlığa qarşı olan Xocalı Soyqırımı kimi qətliamların səbəbkarlarının hələ də cəzasız qalmasından qaynaqlandığını bildirib. 2-ci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin məqsədli olaraq münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisini böyük dağıdıcı gücə malik raket hücumlarına məruz qoymaqla, körpə uşaq və qadınlar da daxil olmaqla yüzlərlə günahsız insanın qətlə yetirilməsinin müasir dövrümüzün erməni vəhşiliyi və qətliamın nümunəsi olduğunu qeyd edən səfir Əli Əlizadə beynəlxalq ictimaiyyətin müharibə cinayətlərinə qarşı birlik və qətiyyət nümayiş etdirməsi gərəkdiyini bildirib. Səfir Pakistan Milli Assambleyasında, eləcə də Pakistan Senatının və Assambleyanın müxtəlif daimi komitələrində, Pakistanın Xeybər Paxtunkva əyalətinin Assambleyasında da Xocalı Soyqırımının tanınması və Ermənistanın Azərbaycan torpaqlarını işğalının sərt şəkildə qınanması ilə bağlı qəbul edilmiş qətnamələri xatırlayaraq, 44 günlük Vətən Müharibəsi dövründə də Azərbaycana siyasi və mənəvi dəstək verdiyinə, erməni haqsızlığına qarşı prinsipial mövqe sərgilədiyinə görə Pakistan dövlətinə və xalqına təşəkkür edib, Kəşmirdə də tezliklə sülhün bərqərar olacağına ümid etdiyini, BMT Təhlükəsizlik Şurasının Kəşmirlə bağlı qətnamələrinin də icra edilməsi gərəkdiyini bildirib.
Tədbirin ali qonağı, Pakistanın federal naziri, Milli Assambleyada Kəşmir məsələləri üzrə Parlament Komitəsinin sədri Şəhriyar Afridi bu il Xocalı soyqırımının 29-cu ildönümününün qeyd olunduğunu vurğulayaraq orada ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilmiş qətliamın bəşəriyyətə qarşı cinayət olduğunu bildirib. Federal nazir Xocalıda, Kəşmirdə, eləcə də dünyada insanlığa qarşı törədilmiş bu cinayətləri pisləyib, müsəlman ölkələrinin lehinə olan BMT qətnamələrinə əməl olunmadığını diqqətə çatdıraraq beynəlxalq təşkilatların bir çox məsələlərə ikili standartlardan yanaşdığını təəssüflə ifadə edib.
Seminarda çıxış edən, ehtiyyatda olan general-leytenant Amjad Şoaib və Kayde Azam Üniversitetinin müdafiə və strateji araşdırmalar üzrə professoru Dr. Səlma Malik də Xocalı Soyqırımının tarixindən, ermənilər tərəfindən günahsız mülki əhalinin Xocalıda vəhşicəsinə qətlə yetirilməsindən söhbət açaraq, insanlığa qarşı törədilmiş bu cinayətləri şiddətlə qınayıblar. Çıxışçılar bəşəriyyətin Xocalıda və digər yerlərdə baş verən soyqırımlara səssiz qalmamaları gərəkdiyini, insanların sülh və əmin-amanlıq şəraitində yaşamaları üçün bütün dünya ölkələri və beynəlxalq təşkilatların qətliamı törədənlərin məsuliyyətə cəlb edilməsini tələb etməsinin zəruri olduğunu bildiriblər.
Tədbirdə həmçinin, Xocalıda ermənilərin törətdiyi vəhşəti əks etdirən foto-stendlər sərgilənib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, eləcə də Azərbaycan həqiqətlərinə dair əyani materiallar iştirakçılar arasında paylanıb. Pakistan ictimaiyyəti tərəfindən maraqla qarşılanan seminar Pakistanın aparıcı televiziyaları və digər kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
XƏBƏR LENTİ
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)





