Siyasət

Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır - İrakli Qaribaşvili

22 Fevral 2021 16:07
Baxış: 436

Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili ilk səfərlərindən birini Azərbaycana edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə nazir parlament qarşısında çıxışı zamanı deyib.

O vurğulayıb ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: "Mənim Azərbaycanın müdrik lideri cənab İlham Əliyevlə çox yaxşı münasibətlərim var".

İ.Qaribaşvili baş nazir vəzifəsində ilk səfərlərinin Brüsselə və Bakıya olacağını deyib.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentində İ.Qaribaşvilinin baş nazir vəzifəsinə təsdiq olunması ilə bağlı iclas keçirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.