Türkiyə-Azərbaycan biznes forumu: İki qardaş ölkə arasında yeni imkanlar
Dünən Ankarada keçirilən Türkiyə - Azərbaycan İş Forumu qardaş dövlətlərin gələcək iqtisadi inkişafına, əlaqələrin daha da möhkəmlənməsinə, münasibətlərin hərtərəfli yaxşılaşdırılmasına yeni yollar açır, imkanlar yaradır.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, Türkiyə tarix boyu Azərbaycanın yanında olub, xalqlarımız daim bir - birinə dəstək verib, kömək əlini uzadıb: "Bu, ikinci Qarabağ müharibəsində özünü daha aydın və qabarıq şəkildə göstərdi. Türkiyən Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə xalqı Azərbaycanın haqlı mübarizəsinə nəinki dəstək verdi, axıra kimi bizimlə bir olacaqlarını bəyan etdi və bunu əməldə sübuta yetirdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, zaman yeni reallıqlar yaradır və qarşıya yeni vəzifələr qoyur. Müharibənin, qazanılan qələbənin bir reallıq olduğunu və ölkəmiz üçün yeni dövrün başlandığını nəzərə alsaq və qalibiyyətimizi xalqlarımızın ortaq sevinci kimi dəyərləndirsək, Türkiyə ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi vacibdir.
Əlbəttə, bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Forumda qeyd edildiyi kimi hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan iş adamları bu baxımdan Qafqaz və mərkəzi Asiya ölkələrindən olan iş adamları arasında liderdir".
Komitə sədri vurğulayıb ki, bu gün Azərbaycanın və Türkiyənin birgə həyata keçirdiyi iri enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir: "Bakı - Tblisi - Ərzurum neft və qaz kəmərlərinin, Bakı - Tblisi - Qars dəmir yolunun, TANAP və TAP layihələrinin həyata keçirilməsi bölgədə iqtisadiyyatın davamlı inkişafına imkan yaratmış, xalqlarımızın həyatını yaxşılaşdırmışdır. Bakı -Tblisi - Qars dəmir yolu artıq öz imkanlarını göstərir və ötən il dəmir yolu xətti ilə daşınan yüklərin həcminin iki dəfə artması yeni uğurlardan xəbər verir.
Sözsüz ki, nəqliyyat və tranzit imkanlarının artırılması hər iki dövlət üçün çox əhəmiyyətlidir və bu Forumda bir daha diqqətə çatdırılmışdır.
Fizuli - Şuşa, Toğana - Kəlbəcər yolunun tikintisində Türkiyə şirkətlərinin iştirakı, Füzulidə tikilən hava limanının layihəsində türk qardaşlarımızın iştirakının nəzərdə tutulması, ərazilərin minalardan təmizlənməsində, bir çox humanitar tədbirlərin həyata keçirilməsində qardaş dövlətin nümayəndələrinin fəallıq göstərməsi birliyimizə, həmrəyliyimizə təkan verir, bizi bir-birimizə daha da doğmalaşdırır. Türkiyə ilə qardaşlığımız və birliyimiz əbədidir və sözsüz ki, əbədi olaraq davam edəcəkdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)





