Siyasət

Ermənilərin Rusiyanı aldatmaq cəhdi - Qarabağda baş verənlərin PƏRDƏARXASI

18 Fevral 2021 17:25
Baxış: 1 958

Ermənilər heç vaxt öz təxribatlarından əl çəkmirlər, müxtəlif addımlar atırlar.

Bunu Milli.Az-a açıqlamasında geosiyasət və konfliktologiya üzrə ekspert Ramiz Sevdimalıyev deyib.

Ekspert bildirib ki, ermənilər Rusiyanı şirinikləşdirməyə çalışırlar ki, Qarabağ ermənilərinə Rusiya vətəndaşlığı verilsin:

"İndi də belə təxribatlardan birini də Qarabağda, guya ki, rus dilinin olmayan qondarma dövlət dili səviyyələrində, rəsmi dövlət dili səviyyələrində qəbul olunmasıdır. Birincisi, onların parlamenti və s. hamısı qondarmadır. İkinci də, onların əsas məqsədi bu dəqiqə odur ki, müxtəlif təxribatlarla özlərini ruslara göstərsinlər ki, hazırdırlar. Ümumiyyətlə, Ermənistanın müxtəlif siyasi qüvvələri daha radikal mövqedən çıxış edirlər, hansı ki müharibəyə çağırışlar edirlər. Onlar dəfələrlə səsləndiriblər ki, biz Rusiya ilə daha yaxın münasibət qururuq. Yəni ki, onlar bu istiqamətdə atdığı addımlarla çalışırlar ruslara göstərsinlər ki, "biz sizin etibarlı tərəfdaşınızıq, bizi özünüzə daha da yaxın buraxın". 

Dağlıq Qarabağda ermənilər rus dilini, guya ki, rəsmi dil kimi qəbul ediblər. Bu təxribatın məqsədləri nədir?

Birincisi, gələcəkdə Qarabağda yaşaya-yaşaya Rusiya vətəndaşlığı almaq planı qura bilərlər. Bu addımla Rusiyanı şirinikləşdirməyə çalışa bilərlər ki, Rusiya Qarabağ ermənilərinə vətəndaşlıq versin. Onlarda belə təxribat xarakterli ideyalar hökm sürür. Planlarını reallaşdırmaq istiqamətində addımlar atmağa çalışırlar. Azərbaycanın dövlət qurumları bu istiqamətdə çox həssas və çox diqqətli olmalıdırlar. 

İkincisi, bu addım hesablanıb ki, Rusiya (sülhməramlıları) ilə Azərbaycanın münasibətlərini gərginləşdirsinlər, bu ölkəni qıcıqlandırsınlar. Ona görə də Azərbaycan çox həssas və diplomatik səviyyədə dəqiq hesablanmış addımlar atmalıdır ki, bu təxribatlara getməsinlər. Beləcə, ermənilərin planlarının reallaşdırılmasının qarşısını almalıdırlar. 

Bu hansı yollarla mümkündür?

Bunu artıq bizim dövlət strukturları çək-çevir edirlər, hesablayırlar. Burada əsas məsələ Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaqla, yaranmış situasiya nəticəsində əldə olunmuş razılığın (10 noyabr) pozulmasına, Azərbaycanın sülhməramlıları bölgədən çıxartmağa çalışması istiqamətində hesablanmış addımlardır". 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.