Cəmiyyət

Naxçıvanda uzun müddətdir boş qalan yüksək vəzifələr - SİYAHI

24 Oktyabr 2025 09:55
Baxış: 556
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Naxçıvan Muxtar Respublikasında bir sıra dövlət qurumları və təşkilatların rəhbər vəzifələrində uzun zamandır vakant yerləri boşdur.

Milli.Az hazırda rəhbəri olmayan həmin strukturların siyahısını təqdim edir:

Ali Məclis

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsi iki ilə yaxındır ki, boşdur. Sabiq sədr Vasif Talıbov 2022-ci ilin 21 dekabrında səhhəti ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad edilib. Həmin vaxtdan bəri bu posta təyinat həyata keçirilməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postu da hazırda boşdur. Sabiq nazir Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin olunduqdan sonra onun yerinə hələlik yeni şəxs gətirilməyib. Nazirliyin fəaliyyətinə müvəqqəti olaraq nazir müavini Fərid Bağırzadə rəhbərlik edir.

Mədəniyyət Nazirliyi

Naxçıvan Mədəniyyət Nazirliyində də nazir kreslosu boşdur. Sabiq nazir Natəvan Qədimova 2023-cü ilin 8 may tarixində vəzifəsindən azad edilib. O vaxtdan etibarən nazir postuna təyinat gerçəkləşməyib. Nazir səlahiyyətləri Həsən Seyidova həvalə edilib.

Rabitə Nazirliyi

Rabitə Nazirliyinin rəhbər kreslosu da iki ildir sahibsiz qalıb. Sabiq nazir Vüsal Sevdimaliyev 2023-cü ilin oktyabr ayında vəzifəsindən azad edilib. Nazirliyin fəaliyyətinə hazırda müvəqqəti rəhbərlik edən şəxs yoxdur.

Gənclər və İdman Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri postu da boşdur. Bu vəzifəni son olaraq Ramil Hacı icra edib. Onun vəzifədən ayrılmasından sonra yeni nazir təyin edilməyib.

Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri QSC

Naxçıvan Dövlət Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli öz ərizəsi ilə vəzifəsindən azad edilib. Hazırda quruma sədr müavini İlhamə Novruzova müvəqqəti rəhbərlik edir.

Naxçıvan Müəllimlər İnstitutu

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov vəzifəsindən azad edilib. O, deputat seçildiyi üçün bu postdan çıxarılıb. Hazırda institutun rektor kreslosu boşdur./Bizim.Media

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.