Ölkə

Sabunçuda əməliyyat - 11 kq narkotik vasitə aşkarlandı - VİDEO

24 Oktyabr 2025 11:40
Baxış: 437
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sabunçu Rayon Polis İdarəsinin (RPI) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər. Əməliyyat zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 32 yaşlı Ağamir Mirələmzadə saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxsdən 11 kiloqramdan artıq tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdıracağını bildirib.

Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı 95 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.