Siyasət

Minaatan batareyaları döyüş atışları icra edir - FOTO

17 Fevral 2021 18:27
Baxış: 632

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirir.

Hərbi qulluqçular həmçinin müxtəlif məsafələrdə yerləşən hədəflərin minaatanlardan vurulması üzrə tapşırıqları yerinə yetirir.

Təlim məşqləri davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.