Siyasət

Sabir Rüstəmxanlı yenidən partiya sədri seçildi

14 Fevral 2021 16:37
Baxış: 794

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti Qurultayı keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədəki pandemiya şərtlərinə uyğun olaraq VHP-nin VIII Qurultayı onlayn qaydada təşkil edilib.

Qurultayda VHP-nin 76 bölgə və Naxçıvan Muxtar Respublikası təşkilatından 400 nümayəndə iştirak edib.

VHP VIII qurultayında partiyanın qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə edilib və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılıb.

Daha sonra seçkilər keçirilib. Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib.

Qeyd edək ki, buna qədər də partiyanın sədri millət vəkili Sabir Rüstəmxanlı olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.